az ru en

Məhsullar


Gips Məhsulları

BEYAZ ALÇI - TƏK ASTAR SUVAĞI







MƏHSUL HAQQINDA:

Gips əsaslı TƏK ASTAR suvağı istifadə imkanlarını artıran qatqılarla zəngin, istilik və səs izolyasiyasını gücləndirən, sement və qum əsaslı suvağı və gips əsaslı astar suvaq qatını əvəz edən qənaətcil, universal suvaq qarışığıdır. AZS 052 standartına uyğundur.

TƏTBİQ SAHƏSİ:

Bu məhsuldan sənaye və mülki tikililərdə kərpic, mişar daşı, briket (kərpic şəklində preslənmiş kömür, torf, filiz), beton və qazbetonla hörülmüş divarların,tavanların suvaq malası vasitəsilə yüksək keyfiyyətlə suvanmasında istifadə olunur.

TƏTBİQİ:

Səthin hazırlanması. Səthin möhkəm olmasına diqqət etməli və suvağın səthə yapışmasına əngəl olan maddələr (yağ, toz və s.) təmizlənməlidir. TƏK ASTAR suvağının hazırlanacağı qablar təmiz olmalıdır. İsti havada künclərdə qırılmaların yaranmaması, künclərin düz və dəqiq olması üçün divar künclərinə xüsusi "künc profilləri" (köşe profili) yerləşdirilməlidir. Müxtəlif materialların birləşdiyi və hərəkətə məruz qala biləcək yerlərə plastik "suvaq toru" (suvaq filesi) vurulur. Əgər səth qəlibdən çıxan beton kimi hamardırsa, onu nahamar etməkdən ötrü baltalamaq və ya bu kimi köhnə metodlardan istifadə etməyə ehtiyac yoxdur. Gələcəkdə qopma hallarının olmaması üçün suvaq vurulmazdan ən az 24 saat əvvəl səthə təbii səth ilə suvaq arasında ikitərəfli kontakt yaradan FABKONTAKT məhsulu çəkmək lazımdır. Metal səthlərə TƏK ASTAR suvağı vurulmamışdan əvvəl səth antipas məhsulu ilə paslanmadan qorunmalıdır. Qarışığın hazırlanması. 10kq-lıq toz şəklindəki TƏK ASTAR suvağını 6 – 6,5 litr suya səpin, 3-4 dəqiqə gözlədikdən sonra su ilə tam həll olunana qədər qarışdırıcı və əl aləti ilə qarışdırın. TƏK ASTAR suvağı hazır olduqdan sonra ona təkrar astar suvağı və ya su əlavə etməyin. TƏK ASTAR suvağına sudan başqa heç bir əlavə material və ya maddə qatmayın. Tətbiqi. Hazır astar suvağını hörülmüş divar və ya tavana (yəni qum-sement qarışığı ilə suvanmamış) birbaşa vurun (adi qum-sement ilə suvanmış divar və ya tavan üzərinə də TƏK ASTAR suvağını vurmaq olar). Adətən TƏK ASTAR suvağı səthə ən azı 0,8 – 1,0 sm qalınlığında çəkilir. Səthin tipindən asılı olaraq TƏK ASTAR suvağının vurulma mərhələsi bitdikdən 24 saat sonra əgər ehtiyac yaranarsa, BEYAZ ALÇI ASTAR (SIVA ALÇI) qarışığından istifadə edilməlidir. Əvvəlki mərhələdən təxminən 24 saat sonra BEYAZ ALÇI ÜZLÜK (SATEN ALÇI) hazırlanıb səthə çəkilir. Üzlük qarışığı səthə 0,5 – 1,0 mm qalınlığında çəkilərək qüsursuz səth əldə edilir. Hazırlanmış TƏK ASTAR suvağı 100-120 dəqiqə ərzində istifadə olunmalıdır. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq atılmalıdır. Tövsiyələr. TƏK ASTAR suvağının istifadə olunduğu mühitin temperaturu +5ºС-dən aşağı və +30ºС-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30ºС-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə edilməməlidir. Qarışdırma işində istifadə ediləcək qab və digər avadanlıq hər zaman təmiz olmalıdır. Çirklənmiş qab və alətlər qarışığın işləmə müddətini qısaldır. Avadanlıq və alətləri istifadədən dərhal sonra su ilə yuyub təmizləmək lazımdır.

SƏRFİYYAT:

TƏK ASTAR suvağından istifadə zamanı 1m2 sahədə minimum 8-10 mm qalınlıq üçün sərfiyyat 9 kq-dır. 1 kisə TƏK ASTAR suvağı (30 kq-lıq) təxminən 3m2 səth almaq üçün kifayətdir.

SAXLANMA MÜDDƏTİ:

Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerdə, taxta altlıq üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla quru anbarlarda 6 ay saxlanıla bilər.

XƏBƏRDARLIQ:

• İstifadə olunan suyun, qabların və alətlərin təmiz olmasına xüsusi diqqət edin. • Astara sudan başqa heç bir əlavə maddə qatmayın. • Yuxarıdaki göstəricilər +23ºС±2ºC temperatur və 50%±5% şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə edilmişdir. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

• "FAB BOYA" şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir • Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə "FAB BOYA" şirkəti məsuliyyət daşımır. • Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır. • Texniki dəstək və ya daha geniş məlumat almaq üçün "FAB BOYA" şirkətinə müraciət edin.

Facebook Twitter