az ru en

Məhsullar


Digər məhsullar

FAB PUR 676 POLİURETAN İZOLYATOR







MƏHSUL HAQQINDA:

FAB PUR 676 POLİURETAN İZOLYATOR, mükəmməl yapışma gücünə malik, tez bərkiyən, tək komponentli poliuretan əsaslı yapışdırıcı və izolyasiya materialıdır. Dəmir, metal list, aluminium, paslanmaz polad, qurğuşun, mis, keramika, şüşə, taxta və bir çox plastik səthlərə mükəmməl yapışır.

XÜSUSİYYƏTLƏRİ:

Elastikliyini itirmir.
Axmır, tiksotropik xüsusiyyətlidir.
Həcmini itirmir.
Boyana bilər.
ISO 11600 F 25 HM tələblərinə cavab verir.

TƏTBİQ SAHƏSİ:

Avtomobil sektorunda, maşın, konteyner və digər avtomobillərin emalında.
Havalandırma sistemlərində, kondisioner emalında və montajında.
Damlardakı yağış suyu borularının birləşmə yerlərində və yağış novlarında su keçirməzliyi təmin etmək üçün.
Metal listlərin birləşmə yerlərində titrəməni azaltmaq və izolyasiyanı təmin etmək üçün.
Su, qaz, hava və toz keçirən boşluqların izolyasiya edilməsində.

TƏTBİQİ:

Tətbiq etmə dərəcəsi +5°C ilə +40°C arası olmalıdır. FAB PUR 676 POLİURETAN İZOLYATOR vurulacaq səthlər təmiz və quru olmalı, yağ və tozdan təmizlənməlidir. Səthdə daha öncə istifadə edilmiş dolğu materialının artıqları, yapışmanı əngəlləyən kənar maddələr varsa təmizlənməli, qabarıq boyalar qazınmalıdır.

SAXLANMA MÜDDƏTİ:

+5°C ilə +40°C arası temperaturda, quru mühitdə və orijinal qutusunda saxlamaq şərti ilə 9 aydır. İstehsal tarixi qutunun üzərindədir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

R 36/37/38: Göz, dəri və tənəffüs sistemi üçün zərərlidir.
S51: Yaxşı havalandırılmış yerlərdə və əlcək vasitəsilə istifadə edilməlidir.
S2: Uşaqların əlləri çatmayacağı yerlərdə saxlayın.
S23: Buxarını iyləməyin.
S24/25: Gözə və dəriyə təmas etdirməyin.
S26: Gözlə təmas etdikdə, tibbi yardıma müraciət edin.

Facebook Twitter