az ru en

Məhsullar


Digər məhsullar

FAB 310 AKRİLİK MONTAJ YAPIŞDIRICI







MƏHSUL HAQQINDA:

FAB 310 bir çox tikinti materiallarında istifadə edilə bilən, istifadəyə hazır su əsaslı yapışdırıcıdır.

XÜSUSİYYƏTLƏRİ:

Akrilik dispersiya əsaslı.
Mükəmməl yapışma.
Solventsiz.
Hava keçirməz.
Qoxusuz.
Boyanıla bilən.

TƏTBİQ SAHƏSİ:

Taxta materialların yapışdırılmasında və montajında.
Gips, PVC panelləri və gips əsaslı dekorativ tikinti materiallarının yapışdırılmasında və montajında.
Divar və alçı materiallarının üzərində yaranmış çatların və boşluqların doldurulmasında.
Kərpic, keçə, beton, keramik plitə və bir çox tikinti materiallarının yapışdırılmasında.

TƏTBİQİ:

İstifadə ediləcək səthlər təmiz və quru olmalı, yağ və tozdan təmizlənməlidir. Tətbiq zamanı ətraf mühit temperaturu +5C ilə +35C arası olmalıdır. Yapışdırlacaq səthlər presslənməli və səthlərin sabitləşləşdirilməsi 10 dəqiqə müddətində yekunlaşmalıdır. Səthlərin pressli vəziyyətdə saxlanılması bərkimə başa çatana qədər davam etdirilməlidir. Yapışdırılmış səthlər bərkimə müddəti başa çatana qədər nəmdən və sudan uzaq tutulmalıdır.

QEYD:

Daim su ilə təmasda olacaq səthlərdə istifadə edilməməlidir.

SAXLANMA MÜDDƏTİ:

12 aydır.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

R 36/37/38: Göz, dəri və tənəffüs sistemi üçün zərərlidir.
S51: Yaxşı havalandırılmış yerlərdə istifadə edilməlidir.
S2: Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S23: Buxarını iyləməyin.
S24/25: Gözə və dəriyə təmas etdirməyin.
S26: Gözlə təmas etdikdə, tibbi yardıma müraciət edin.

Facebook Twitter