az ru en

Məhsullar


Digər məhsullar

FAB MONTALAMA KÖPÜYÜ







MƏHSUL HAQQINDA:

FAB MONTALAMA KÖPÜYÜ ətrafdakı nəmin köməyi ilə çox tez bərkiyən və yapışdırma məqsədilə istifadə edilən aerozol poliüretan kopükdür. Başda istilik izolyasiya lövhələri olmaqla müxtəlif inşaat materiallarının tez və möhkəm yapışdırılmasında istifadə olunur.

XÜSUSİYYƏTLƏRİ:

Polistirol istilik lövhələri (XPS və EPS), beton, kərpic, taxta, metal və bu kimi tikinti materiallarına çox möhkəm yapışır.
Dərhal yapışır. Nəm və istilikdən asılı olaraq, təxminən 2 saat ərzində izolyasiya lövhələrinin fiksasiyasına imkan verir.
Standart aerozollu köpüklərə nisbətən daha tez quruyur.
Nəmli səthlərdə istifadə oluna bilər.
İstilik izolyasiyası dəyəri yüksəkdir.
Bir qutu köpüklə minimum 14 m² istilik lövhəsi yapışdırılır.
Quruduqdan sonra həcmini itirmir, şişmir.
Alternativ montaj yapışdırıcılarına nisbətən daha yüngüldür, istifadə ediləcək tikililərə ağırlıq vermir. Aşağı temperaturlarda istifadə edilə bilər.

TƏTBİQİ:

İstilik izolyasiyası lövhələrinin yapışdırılmasında və aralarında əmələ gələ biləcək kiçik boşluqların doldurulmasında.
Əsasən taxta inşaat materiallarının beton, metal və bu kimi materiallara yapışdırılmasında.
Köpüyün minimum şişməsinin tələb olundugu yerlərdə.
Qapı və pəncərə çərçivələrinin montajı və izolyasiyasında.

SAXLANMA MÜDDƏTİ:

Qutunun üzərindədir.

XƏBƏRDARLIQ:

Tətbiq zamanı ideal temperatur 0°C və + 30°C aralığında olmalıdır. PE, PP və Teflona kifayət qədər yapışmaz. Yeni istifadə olunmuş FAB MONTALAMA KÖPÜYÜ FAB KÖPÜK TƏMİZLƏYİCİ ilə, qurumuş FAB MONTALAMA KÖPÜYÜ isə mexaniki üsullarla təmizlənilir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

Difenilmetan -4;4 di-izosianat tərkiblidir.
R 36/37/38: Göz, dəri və tənəffüs sistemi üçün zərərlidir.
S51: Yaxşı havalandırılmış yerlərdə istifadə edilməlidir. Əlcək vasitəsilə istifadə edilməlidir.
S2: Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S23: Buxarını iyləməyin.
S24/25: Gözə və dəriyə təmas etdirməyin.
S26: Gözlə təmas etdikdə, tibbi yardıma müraciət edin.

Facebook Twitter