az ru en

Məhsullar


Digər məhsullar

FAB SİLİKON







MƏHSUL HAQQINDA:

FAB SİLİKON tək komponentli, istifadəyə hazır, geniş istifadə sahəsinə malik silikon əsaslı möhkəmləndirmə, izolyasiya və dolğu materialıdır.

XÜSUSİYYƏTLƏRİ:

Bərkidikdən sonra elastik qalır, məsaməsiz səthlərə mükəmməl yapışmanı təmin edir, çatlamır, saralmır və kiflənmir. Aşağı və yuxarı temperaturlarda xüsusiyyətlərini itirmir. Solventsizdir, həcmini itirmir.

TƏTBİQ SAHƏSİ:

Qapı, pəncərə (taxta, metal, PVC və s.) aralıqlarında dolğu izolyasiya və yapışdırma məqsədi ilə istifadə edilir. Eləcə də şüşə yapışdırılmasında, vitrin, PVC doğrama montajında, güzgü yapışdırılmasında, plitə və keramikaların suya məruz qala biləcəkləri birləşmə yerlərində, metal örtməli səthlərin, soyutma otaqlarının istinad divarlarında boşluqların doldurulmasında, bezli, bezsiz conta materialı olaraq, hər cür flanş bağlantılarda istifadə edilir.

TƏTBİQİ:

Tətbiq etmə dərəcəsi +5C ilə +40C arası olmalıdır. FAB SİLİKON vurulacaq yerlər təmiz və quru olmalı, yağ və tozdan təmizlənməlidir. Dərzdə daha öncə istifadə edilmiş dolğu materialının artıqları, yapışmanı əngəlləyən kənar maddələr varsa təmizlənməli, qabarıq boyalar qazınmalıdır. FAB SİLİKON-un düzgün olması üçün hər iki kənara bant çəkin. Kartricin ağız qismini kəsin, plastik başlığı taxın və ucunu dərzə görə üfüqi şəkildə kəsin. Silikonu tapancasıyla sıxdıqdan sonra, səth sabunlu suya batırılmış mala və ya buna bənzər bir alətlə 5 dəqiqə ərzində düzəldilməlidir. Alətlər spirt əsaslı maddə ilə təmizlənə bilər.

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır.

QURUMA VAXTI:

Toxunma quruma 10-20 dəqiqə, tam sərtləşmə +25C-də 24 saatdır.

SAXLANMA MÜDDƏTİ:

Qutunun üzərində göstərilmişdir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

Quruma zamanı üzə çıxan turşu buxarı ilə uzun müddət tənəffüs edilməməlidir. Yetərincə havalandırılmış məkanlarda istifadəsinə diqqət edin. Tam qurumamış silikon ilə uzun müddətli təmas edilməməlidir.

Facebook Twitter