az ru en

Məhsullar


Digər məhsullar

FAB HİDROSTOP







MƏHSUL HAQQINDA:

Maye silikon əsaslı, inşaat materiallarının üzərlərinə hopdurularaq su önləyicilik verən, solventli və şəffaf su izolyasiyası materialıdır. Su keçirməyən, lakin hava keçirəndir. Səthdə qat yaratmır. Çöl cəbhə örtücülərinin görüntüsünü dəyişmədən qoruyur.

XÜSUSİYYƏTLƏRİ:

Su keçirməzdir. Səthdə təbəqə əmələ gətirmir. Kirlənmə, çiçəklənmə, kiflənmə və donmanın mənfi təsirlərini aradan qaldırır

TƏTBİQİ:

Çatları olmayan, su keçirən səthlər üçün su hopmasını azaldan, kirlənməni önləyən və çiçəklənmədən qoruyan material olaraq istifadə edilir. Daş, kərpic, kirəmit, qazbeton, traverten, sement, alçı, beton, mərmər, üzlük daşı, qranit, bişmiş torpaq və bu kimi boyanmayan təbii səthlərin su keçirməzliyini təmin edir, tarixi əsərlərin səthlərini atmosferik təsirlərə qarşı qoruyur. Səth, qabarmış və tökülmüş boya və sabit olmayan dağınıq hissələrdən, çiçəklənmə, yağ və tozdan təmizlənməli, quru, boyasız və möhkəm olmalıdır. Səthdə nəm ləkələri olmamalıdır. Böyük ölçülü çatlaqlar xüsusi təmir suvağı ilə düzəldilməlidir. Donmuş, əriməkdə olan və ya 24 saat içərisində donma təhlükəsi olan səthlərə tətbiq etməyin. FABKİM HİDROSTOP 510 incəldilmədən püskürtmə, rolik və ya fırça ilə səth doyana qədər tətbiq edilməlidir. Çox əmici səthlərdə FABKİM HİDROSTOP 510, qatlar arası maksimum 4 saat gözləmək şərti ilə iki və ya üç qat şəklində tətbiq edilməlidir. Materialın axmamasına diqqət etmək lazımdır. Tətbiq zamanı ətrafa sıçrayan materialın təmizlənməsi çətin olduğuna görə şüşə səthlər, taxta və metal pəncərə və qapı çərçivələrində qoruyucu vasitə istifadə edilməlidir. Çevrədə bitkilər olduğu halda onlar selofan ilə örtülməlidir. FABKİM HİDROSTOP 510 oda və qığılcıma qarşı qorunmalıdır. İstifadə edərkən qoruyucu gözlük və əlcək taxılması məsləhətdir. Material quruyanadək yağışdan qorunmalıdır.

SƏRFİYYAT:

Səthin hopmasından asılı olaraq tək qatda təxmini 150-200 ml/m2. Daha dəqiq sərfiyyatı təyin etmək üçün nümunə işləmlərinin aparılması məsləhətdir

QEYD:

Tətbiq ediləcək səthlərin və məkanın temperaturu +5°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

R10 Alovlana bilər. R37/65/67 Nəfəs yollarına zərər verə bilər. Udulduqda və tənəffüs edildikdə ciyərlərə zərər verə bilər. S2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S24/25 Dəri və göz ilə təmas etdirməyin. S57 Ətraf mühitə verə biləcəyi zərərlərə qarşı qoruyun.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.  

Facebook Twitter