az ru en

Məhsullar


Digər məhsullar

FAB KEÇİD ASTARI






Sintetik əsaslı boyadan su əsaslı boyaya keçid üçün keçid astarıdır

MƏHSUL HAQQINDA:

Akrilik Kopolimer əsaslı, hər növ səthə mükəmməl yapışma xüsusiyyəti olan, əsasən sintetik əsaslı boyadan su əsaslı boyaya keçid üçün, örtücü, üzərinə tətbiq ediləcək emülsiya boya üçün səth hazırlayan, iç cəbhə və fasadlarda keçid astarıdır.

XÜSUSİYYƏTLƏRİ:

FAB KEÇİD ASTARI Sintetik və ya çox köhnə emülsiya boyalı səth üzərinə əla yapışır və emülsiya boyanın yapışması üçün təbəqə yaradır. Boya ilə səth arasında körpü qurar və üzərinə tətbiq ediləcək son qat boyanın sərfiyyatını azaldar. Beton, gips və ya hər növ çətin səthlər üzərinə emülsiya boyaları istifadə etmək üçün keçid astarı olaraq istifadə olunur. Ekoloji təmizdir, qoxusu yoxdur, ətraf mühitin dostudur.

TƏTBİQİ:

FAB KEÇİD ASTARI tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Əvvəlcədən və ya yeni boyanmış sentetik və köhnə emulsiya boyalı səthlər sumbata kağızı ilə sumbatalanması vacibdir. Təmirə ehtiyacı olan hissələr ( qabarıq hissələr, çatlaqlar və s.) dış cəbhələrdə,FAB AKRİLİK MACUN (350), iç cəbhədə isə FABGİPS məhsulları ilə təmir edilməlidir. Təmir edilən səthlər tam quruduqdan sonra, köhnə boyalı səthlərlə birlikdə sumbatalanmalı və tozdan təmizlənməlidir. Səth hazır olduğu zaman, FAB KEÇİD ASTARI maksimum 10% su ilə həll edib1 qat (100-110µ yaş film qalınlığında) DEKOR EKSPORT RULO, firça və ya püskürtmə vasitəsilə səthə tətbiq olunur. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır.

İNCƏLDİLMƏSİ:

Maksimum 10% su ilə həll edilir

QURUMA VAXTI:

Toxunma quruma 1 saat, 7-8 saat sonra üzərinə boya tətbiq etmək olar. Tam quruma 24 saatdır (25°C)

SƏRFİYYAT:

Səthin düzgünlüyünə və əmiciliyinə görə, tək qatda 1 kq FAB KEÇİD ASTARI (10% incəldilmiş, 100-110µ yaş film qalınlığında) ilə 8-10 m² sahə boyanır

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5C ilə+30°C arası olmalıdır

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +30°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə)

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma olması həddindən artıq soyuq və ya çox isti şəraitdə saxlanıldığını göstərir. Səthə həddindən artıq qalın astar çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq kirli olarsa astarın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Astar çəkilərkən səth çox isti olduqda və ya hava küləkli olduqda səthdə incə çatlar əmələ gəlir. Günəş işıqlarının birbaşa düşdüyü səthlərə astar çəkilərsə, astar tez quruduğundan yapışması zəif olur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR

Facebook Twitter