az ru en

Məhsullar


Boyalar

Yol cizgi boyaları

FAB YOL CIZGI BOYASI







MƏHSUL HAQQINDA:

Qısa yağlı, alkid əsaslı yol cizgi boyasıdır.

XÜSUSİYYƏTLƏRİ:

Yapışma gücü çox yüksəkdir və tez quruyur. Aşınmaya qarşı dayanıqlıdır.

TƏTBİQİ:

Yol səthlərində lazımi hər növ yol cizgi və işarələmələrində istifadə olunur. Ən yaxşı nəticə asfalt səthlərdə alınır. Vakuumlu beton səthlərdə yapışma az olacağından vurulması məsləhət görülmür. FAB YOL CİZGİ BOYASI (210) vurulacağı səthlər təmizlənməli və quru olmalıdır. Bu boyanın tətbiqində xüsusi sprey ilə boya atan alətlər və ya tapança, fırça və ya valik istifadə oluna bilər. İstifadədən dərhal sonra alətlər FAB SELLÜLOZİK TİNER (161) ilə təmizlənməlidir.

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır. Ehtiyac olduqda 5-10% FAB SELLÜLOZİK TİNER (161) ilə həll edilə bilər.

QURUMA VAXTI:

(25°C/65%nisbi rütubətdə): 25°C-də 20-30 dəqiqə sonra istifadəyə verilə bilər. Toxunma quruması: 15 dəqiqə, sərt quruması: 4 saatdır.

ALIŞMA DƏRƏCƏSİ:

<23°C.

SƏRFİYYAT:

Tək qatda 1 litr FAB YOL CİZGİ BOYASI (210) ilə 6-7 m² sahə boyanır.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu 15°C-dən yuxarı olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

18 ay (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R11 asan alovlana bilər. R36 nəfəs aldıqda sağlığa zərərlidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayınız. S 23 Buharını udmayınız. S 24/25 Göz və dəri təmasından qorununuz. S 29 Kanalizasiyaya atmayınız. S 37/39 İşləyərkən uyğun qoruyucu eynək və maska istifadə ediniz.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Səth həddən artıq çirkli olarsa boyanın yapışmayaraq səthdən qopması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texnik servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter