az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Akrilik kopolimer emulsiya əsaslı, mat görünüşlü dekorativ iç tavan boyasıdır.

XÜSUSİYYƏTLƏRİ:

FAB TAVAN (360) yüksək yapışma qabiliyyəti olan, çatlamayan və tökülməyən iç tavan boyasıdır. Yüksək tənəffüs qabiliyyətinə malikdir. Su əsaslı olduğu üçün qoxusu yoxdur, ətraf mühitin dostudur.

TƏTBİQİ:

FAB TAVAN (360) binaların iç tavanlarında, daha əvvəl boyanmış və rəngini itirmiş tavanlarda son qat boya olaraq istifadə oluna bilər. FAB TAVAN (360) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə hamarlaşdırılmalı və quru olmalıdır. Yeni tökülmüş beton tavan boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və ya alçıpan vurulmuş tavanlar əvvəlcə bir qat olaraq 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulur (1 nisbət FAB BİNDER (340), 7 nisbət su). FAB BİNDER (340) tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli, sonra iç divar məcunu tətbiq olunmalıdır. Məcun tam quruduqdan sonra tavan yenidən 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulur. FAB BİNDER (340) tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. FAB TAVAN (360) ilk qatı 25-30%, ikinci qatı isə 15-20% su ilə həll edilib fırça və ya rolik vasitəsilə səthə tətbiq olunur. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. İstəyə bağlı olaraq eynilə 2-ci qat kimi 3-cü qat tətbiq edilə bilər.

İNCƏLDİLMƏSİ:

İlk qatda 25-30%, ikinci qatda 15-20% su ilə həll edilməlidir.

QURUMA VAXTI:

(20°C/65%nisbi rütubətdə): 30 dəqiqə ərzində quruyur. Tam quruma 24 saatdır.

SƏRFİYYAT:

Səthin düzgünlüyündən və hopmasından asılı olaraq tək qatda 1 kq. FAB TAVAN (360) ilə 5-7m² sahə boyanır. Daha dəqiq sərfiyyatı təyin etmək üçün nümunə işləmlərinin aparılması məsləhətdir.

QEYD:

Tətbiq ediləcək səthlərin və məkanın temperaturu +10°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma varsa həddən artıq soyuq və ya isti şəraitdə saxlanıldığını göstərir. Su bazlı boya ilə boyanmış səthlərdə kiflənmə əmələ gəlməsinin səbəbi ətrafda həddən artıq nəmin olması, divarların çöldən, tavandan və ya təməldən su alması, divarlarda istilik izolyasiyasının zəif olmasıdır. Akrilik boyaların tətbiqində müşahidə edilən incə çatlamaların səbəbi boyanın həddən artıq qalın çəkilməsi, səthin boyanarkən isti olması, havanın küləkli olması, hazır boyanın tərkibinə sonradan kalsit kimi dolğu maddəsinin əlavə edilməsi, astardan həddən artıq istifadə edilməsidir. Səthə həddindən artıq qalın boya çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq kirli olarsa və ya boya yetərincə həll edilməzsə boyanın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Günəş işıqlarının birbaşa düşdüyü divarlara boya çəkilərsə, boya tez quruduğundan yapışması zəif ola bilər. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter