az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Silikonlu emulsiya əsaslı, piqmentli, yüksək bağlayıcı gücə malik çöl cəbhə boya astarıdır.

XÜSUSİYYƏTLƏRİ:

FAB SİLAN ASTAR (342) boya ilə səth arasında bir körpü əmələ gətirir, boya sərfiyyatını azaldır. Su iticilik özəlliyi ilə səthin su çəkməməsini və nəfəs alma özəlliyi sayəsində səthin içindəki nəmin çölə çıxmasını təmin edir. Üzərinə tətbiq ediləcək boyanın səthə fərqli şəkildə hopmasını əngəlləyir. Su əsaslı olduğu üçün qoxusu yoxdur, ətraf mühitin dostudur. Atmosfer şəraitinə, UB şualara qarşı dayanıqlıdır.

TƏTBİQİ:

FAB SİLAN ASTAR (342) ilk dəfə boyanacaq olan mineral əsaslı, çox əmici səthlərdə və əvvəllər boyanmış olan səthlərin üzərinə tətbiq ediləcək boyalardan öncə istifadəsi məsləhətdir. FAB SİLAN ASTAR (342) tətbiqindən əvvəl səth toz, kir və yağlardan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə hamarlaşdırılmalıdır və səth quru olmalıdır. İlk dəfə boyanacaq olan sement əsaslı və xam suvaqlı çöl divarlar və sintetik əsaslı boya tətbiq olunmuş səthlər əvvəlcə sumbatalanmalıdır, boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir, daha sonra FAB SİLAN ASTAR (342) maksimum 10% su ilə həll edilərək 1 qat olaraq fırça, rolik və ya püskürtmə vasitəsilə tətbiq edilməlidir. Tətbiq etdikdən sonra alətlər su ilə təmizlənmlidir.

İNCƏLDİLMƏSİ:

maksimum 10% su ilə həll edilir.

QURUMA VAXTI:

(20°C, 65% nisbi rütubətdə): 6-12 saat sonra üzərinə son qat boya tətbiq edilə bilər.

SƏRFİYYAT:

Səthin düzgünlüyündən və hopmasından asılı olaraq 1lt. FAB SİLAN ASTAR (342) ilə 7-11m² sahə boyana bilər.

QEYD:

Tətbiq ediləcək səthin temperaturu +10C ilə+30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin, qablaşma və ya etiketi göstərin.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma olması həddindən artıq soyuq və ya çox isti şəraitdə saxlanıldığını göstərir. Səthə həddindən artıq qalın boya çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq kirli olarsa boyanın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Boya çəkilərkən səth çox isti olduqda və ya hava küləkli olduqda səthdə incə çatlar əmələ gəlir. Günəş işıqlarının birbaşa düşdüyü divarlara boya çəkilərsə, boya tez quruduğundan yapışmağı zəif olur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter