az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Akrilik kopolimer emulsiya əsaslı, tək komponentli, istifadəyə hazır, elastik, hər cür səthə rahat tətbiq edilə bilən, ağ rəngli (üzəri boyana bilən) dekorativ su izolyasiya materialıdır.

XÜSUSİYYƏTLƏRİ:

FAB SU-TUT (341) su keçirmir. İstifadəyə hazırdır. Hər növ inşaat materialına mükəmməl yapışır. İsti-soyuq fərqlərində belə elastikliyini qoruyub saxlayır. Zəif kimyəvi maddələrə qarşı davamlıdır. Tətbiq edildiyi səthə tənəffüs etmə imkanı verir və səthdə bakteriya yaratmır. Su əsaslı olduğu üçün qoxusu yoxdur, ətraf mühitin dostudur. Gunəş şüalarına qarşı dayanıqlıdır. Nisbətən axıcı olduğuna görə problemli səthləri də asanlıqla örtür.

TƏTBİQİ:

FAB SU-TUT (341) su izolyasiyası lazım olan iç və çöl məkanlarda, üfüqi və şaquli səthlərdə, düz və əyri damlarda, teras, balkon, hovuz və su depolarında, baca kənarlarında, beton, suvaq, kərpic, sink, asbestli dam örtük lövhələri, pəncərə pərvazları və bu kimi yerlərdə inamla istifadə edilə bilər. FAB SU-TUT (341) nəmsiz, quru və təmiz səthlərdə istifadə edilməlidir. Tətbiqindən əvvəl səth toz, kir və yağlardan təmizlənmiş olmalıdır. Suvaq və beton səthlərin sabunlu ilıq su ilə yuyulması tövsiyyə edilir. Səthdəki boşluqlar və çuxurlar FABKİM TS 0-20 təmir suvağı ilə doldurulmalıdır. Tətbiq ediləcək səthdən asılı olaraq FAB SU-TUT (341) 100% (1:1 nisbətində) su ilə həll edilərək bir qat astar olaraq çəkilməli, üzərinə ən az 2 qat FAB SU-TUT (341) həll edilmədən tətbiq edilməlidir. Qatlar arası 24 saat gözlənilməlidir. Hər bir qat bir öncəki qata nisbətən 90 dik istiqamətdə tətbiq edilməlidir. FAB SU-TUT (341) xüsusən quru havalarda +10C ilə +30C arası temperaturda tətbiq edilməlidir. Yağışlı, qarlı və şaxtalı havada tətbiq edilməməlidir. Tətbiq edilmiş səthlər bu kimi hava şərtlərindən ən az 24 saat qorunmalıdır. Fırça və ya rolik vasitəsilə səthə tətbiq olunur. FAB SU-TUT (341) tətbiq edilmiş səthlərin ətraf təsirlərdən daha yaxşı qorunması üçün səthin üzərini keramika, kafel və bu kimi materiallarla örtülməsi məsləhətdir. Əgər üzərinə antena, günəş enerjisi panelləri və su deposu qoyulacaqsa, xüsusi platforma düzəldilməsi gərəkdir. Alətlər su ilə təmizlənməlidir.

İNCƏLDİLMƏSİ:

İlk qat 100% su ilə həll edilir, ikinci və üçüncü qat həll edilmədən tətbiq edilir.

QURUMA VAXTI:

(20°C, 65% nisbi rütubət): İlkin quruma - 12 saat, ikinci qat - 24 saat. Tam quruma - 48 saat.

SƏRFİYYAT:

Səthin materialından və düzgünlüyündən asılı olaraq tək qatda ortalama hesabla 1lt. FAB SU-TUT (341) ilə şaquli istiqamətdə 0,750-1m2, üfiqi istiqamətdə isə 1-1,5m² örtülə bilər. Daha dəqiq sərfiyyatı təyin etmək üçün nümunə işləmlərinin aparılması məsləhətdir.

QEYD:

Tətbiq ediləcək səthin temperaturu +10C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma varsa həddindən artıq soyuq və ya çox isti şəraitdə saxlanıldığını göstərir. Səth həddən artıq çirkli olarsa materialın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter