az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Akrilik kopolimer əsaslı, mat görünüşlü, yüksək örtücülüyə malik, nəmə ve suya dayanıqlı dekorativ son qat fasad boyasıdır.

XÜSUSİYYƏTLƏRİ:

FAB TEKSTUR (332) hər növ səthə yapışmaq qabiliyyəti olan, çatlamayan və tökülməyən fasad boyasıdır. Tənəffüs etmə qabiliyyətinə malikdir. Su əsaslı olduğu üçün qoxusu yoxdur, ətraf mühitin dostudur. Atmosfer şəraitinə, günəş şüalarına qarşı qadayanıqlıdır.

TƏTBİQİ:

FAB TEKSTUR (332) binaların çöl divarlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə, məcun ilə alt səth hazırlığı olunmuş səthlərdə son qat boya olaraq istifadə edilə bilər. FAB TEKSTUR (332) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə hamarlaşdırılmalı və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xam suvaqlı divarlarda əvvəlcə sumbata kağızı ilə suvaq üstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir. Boyanın tətbiqindən əvvəl səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra üzərinə 1 ölçü FABKİM HİDROSTOP (500) eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməlidir. 24 saat gözlədikdən sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FAB BİNDER (340), 7 nisbət su). FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra FAB AKRİLİK MƏCUN (350) tətbiq olunmalıdır. FAB AKRİLİK MƏCUN (350) tam quruduqdan sonra (istənilərsə, düz səth almaq üçün divar sumbatalana bilər) divar təkrar 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməlidir. FAB TEKSTUR (332) istifadəyə hazırdır. Tərkibinə su qatılarsa boya teksturunu itirə bilər. FAB TEKSTUR (332) səthə xüsusi tekstur boya üçün nəzərdə tutulmuş rolik vasitəsilə 1 qat şəklində tətbiq olunur. Fərqli naxışların əldə edilməsi üçün fərqli roliklərdən istifadə etmək mümkündür. Boyanın tətbiqi və quruması zamanı səth yağışdan və dondan qorunmalı, çöx küləkli və birbaşa günəş şüaları altında tətbiq edilməməlidir.

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır.

QURUMA VAXTI:

(20°C/65% nisbi rütubətdə): 1 saat ərzində quruyur. Tam quruma vaxtı 24 saatdır. Tətbiqindən 24 saat sonra hər cür hava şəraitinə dözümlüdür.

SƏRFİYYAT:

Səthin düzgünlüyündən və hopmasından asılı olaraq 1 kq. FAB TEKSTUR (332) ilə 1-2m² sahə boyana bilər. Daha dəqiq sərfiyyatı təyin etmək üçün nümunə işləmlərinin aparılması məsləhətdir.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +10°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma varsa həddən artıq soyuq və ya isti şəraitdə saxlanıldığını göstərir. Akrilik boyaların tətbiqində müşahidə edilən incə çatlamaların səbəbi boyanın həddən artıq qalın çəkilməsi, səthin boyanarkən isti olması, havanın küləkli olması, hazır boyanın tərkibinə sonradan kalsit kimi dolğu maddəsinin əlavə edilməsi, astardan həddən artıq istifadə edilməsidir. Səth həddən artıq kirli olarsa və ya boya yetərincə həll edilməzsə boyanın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Günəş işıqlarının birbaşa düşdüyü divarlara boya çəkilərsə, boya tez quruduğundan yapışması zəif olar. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter