az ru en

Məhsullar


Boyalar

Sintetik boyalar

Sintetik verniklər

FAB MOBİTEX TAXTA QORUYUCU







MƏHSUL HAQQINDA:

Alkid bağlayıcı əsaslı, şəffaf görünüş verən, xüsusi tərkibli taxta qoruyucudur.

XÜSUSİYYƏTLƏRİ:

Kif, göbələk və taxta qurdlarına qarşı qoruyucudur. Taxtaya çox asan hopulur və taxtanın nəfəs almasını əngəlləmir. Taxtaya dekorativ görünüş verir.

TƏTBİQ SAHƏSİ:

Bütün atmosfer şərtlərinə açıq olan, və ya nəmə məruz qalan taxtaların və evlərdə təmir zamanı istifadə olunan bütün taxta səthlərin qorunması üçün istifadə edilir. DİQQƏT: Arı pətəkləri, sauna taxtaları və qida saxlanılması üçün istifadə edilən taxtalara tətbiq edilməsi qadağandır.

TƏTBİQİ:

FAB MOBİTEX TAXTA QORUYUCU (182) istifadəyə hazırdır. İstifadədən öncə bir neçə dəfə çalxalamaq kifayətdir. Rulo və ya fırça ilə qatlar arası 24 saat gözləmək şərti ilə 2 qat şəklində vurulur. Hər qat tətbiq edildikdən 30 dəqiqə sonra hopmamış artıqlar tüksüz bir bez ilə silinməlidir. Səthlər kir, yağ və tozdan təmizlənməli, lazım olarsa sumbatalanmalıdır. İstifadədən dərhal sonra alətlər FAB SİNTETİK TİNER (160) ilə təmizlənməlidir.

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır.

QURUMA VAXTI:

(25°C/65%nisbi rütubətdə): Taxtanın cinsinə bağlı olaraq 8-12 saat.

ALIŞMA DƏRƏCƏSİ:

36° C

SƏRFİYYAT:

Taxtanın cinsinə görə iki qatda 1 litr FAB MOBİTEX TAXTA QORUYUCU (182) ilə 5-14 m² sahə boyanır.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın. S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun. S 45/46 Qəza baş verdikdə özünüzü pis hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin. S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texnik servisə müraciət edin.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter