az ru en

Məhsullar


Boyalar

Sintetik boyalar

Sintetik verniklər

FAB SİNTETİK YAT VERNİK







MƏHSUL HAQQINDA:

Tək komponentli, uretan alkid bağlayıcı əsaslı, üstün xüsusiyyətlərə malik, asan tətbiq edilə bilən lakdır.

XÜSUSİYYƏTLƏRİ:

Zərbələrə,günəş şüaları,yağış və dəniz kimi xarici təsirlərə qarşı dayanıqlılığı,saralmaması,qalıcı parlaqlığı,yüksək dolduruculuğu, elastikliyi üstün xüsusiyyətləridir.

TƏTBİQ SAHƏSİ:

Dəniz vasitələrinin taxta hissələrində,binaların xarici və daxili taxta hissələrində və mebellərdə istifadə edilir.

TƏTBİQİ:

Fırça,rulo və tapança ilə vurmaq mümkündür.Yaxşı nəticə verməsi üçün laklanacaq səthlər təmiz və quru olmalıdır. Sonradan yarana biləcək taxta qurdlarına qarşı FAB MOBİTEX TAXTA QORUYUCU(182) istifadə edilməsi məsləhət görülür.Yüngül bir sumbatalamadan sonra 1 l FAB SİNTETİK YAT VERNİK (152) 100-150 ml FAB SİNTETİK TİNER(160) ilə incəldilərək 24 saat ara ilə 2-3 qat vurulur.Qatlar arası yapışqanlığı artırmaq və düzgün bir səth əldə etmək üçün incə bir sumbatalamaq təklif edilir.

İNCƏLDİLMƏSİ:

10-15% FAB SİNTETİK TİNER (160) ilə incəldilməlidir.

QURUMA VAXTI:

(25°C/65% nisbi rütubətdə): Toz quruması: 2-3 saat, sərtləşməsi: 24 saat; 4 gündə fiziki və kimyəvi dayanıqlıq qazanır.

ALIŞMA DƏRƏCƏSİ:

38°C.

SƏRFİYYAT:

1 litr FAB SİNTETİK YAT VERNİK(152) ilə 17-18 m² sahə laklana bilər(30 µm qurumuş lak təbəqəsi qalınlığında). Sərfiyyatı tək qatda 0,090(0.125) kq/m²-dir.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın. S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun. S 45/46 Qəza baş verdikdə, özünüzü pis hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin.Qutunu və ya etiketi göstərin. S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə varsa daha soyuq şəraitdə saxlanıldığını göstərir (20°C-də depolanması uyğundur). Lakı çəkərkən yayılmanın yaxşı olmaması səbəbi ilə səthdə portağal qabığına bənzər təbəqə əmələ gəlir. Soyuq və nəmli havada lak çəkildikdə südlü və ya mat şəklində görünür. Lakın qalın çəkilməsi, pis hava şəraiti, ətrafda həddindən artıq həlledici buxarının olması, birinci qat qurumadan ikinci qatın tətbiq edilməsi havada oksidləşmə ilə quruyan boya və laklarda səth qurumasının alt təbəqələrə nəzərən daha tez olması səbəbiylə səth qırışıq və korlanmış hal alır. Lakda olan həlledicilər yeni çəkilən lak təbəqəsinə təsir edərək onu həll edir. Səthə normadan artıq lak çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Uyğun tiner istifadə edilmədikdə bulanıqlıq və gelləşmə ola bilər. Yetərincə incəldilmədən qalın qat şəklində tətbiq edildikdə, dib quruması olmaz və soyulmalar yarana bilər. Səth həddən artıq kirli və ya nəm olarsa lakın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutunun üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter