az ru en

Məhsullar


Boyalar

Sintetik boyalar

Sintetik verniklər

FAB SİNTETİK PARLAQ PARKET LAKI







MƏHSUL HAQQINDA:

Tək komponentli, modifiye edilmiş, uretan alkid bağlayıcı əsaslı, asan tətbiq edilə bilən, parlaq parket lakıdır.

XÜSUSİYYƏTLƏRİ:

Yüksək və qalıcı parlaqlığı, cızılmalara qarşı dayanıqlılığı, şəffaflığı və elastikliyi üstün xüsusiyyətlərindəndir. Parket döşəmə, piltə və mozaikaları yağ, çay, qəhvə və içki kimi maddələrə qarşı qoruyur.

TƏTBİQİ:

Müxtəlif növ taxta, parket, piltə və mozaikaların kimyəvi və fiziki təsirlərdən qorunması məqsədilə istifadə edilir. Yaxşı nəticə verməsi üçün laklanacaq səthlər təmiz və quru olmalıdır. Parketlər tam hamar olanadək sumbatalanmalı, araları və xarab yerləri talaşa və lak qarışığı və ya Lion təmir məcunu ilə doldurulmalıdır. Piltə və mozaika səthlərin üstü mum təbəqəsindən yaxşıca təmizlənməlidir. Sonradan yarana biləcək taxta qurdlarına qarşı FAB MOBİTEX TAXTA QORUYUCU (182) istifadə edilməsi məsləhət görülür. Daha sonra düzgün səthin alınması üçün FAB SELLÜLOZİK DOLGU VERNİK (157) istifadəsi vacibdir. Təkrar yüngül sumbatalamadan sonra 1 litr FAB SİNTETİK CAM CİLA (150) 100-150 ml FAB SİNTETİK TİNER (160) ilə incəldilərək qatlar arası 24 saat gözləməklə 2-3 qat şəklində tətbiq edilir. Qatlar arasında yapışmağı artırmaq və düzgün bir səth əldə etmək üçün yüngülcə sumbatalamaq məsləhətdir. FAB SİNTETİK CAM CİLA (150) vurulduqdan 4 gün sonra fiziki və kimyəvi dayanıqlılıq qazanır. Uyğun tiner istifadə edilmədikdə bulanıqlılıq və gelləşmə ola bilər. Yetərincə incəldilmədən qalın qat şəklində tətbiq edildikdə dib quruması olmaz və soyulmalar yarana bilər. Sadəcə fırça istifadə edilməsi məsləhət görülür, rulo ilə vurulduqda köpüklənmədən yaranan qabarcıqlar meydana gələ bilər. İstifadədən dərhal sonra alətlər FAB SİNTETİK TİNER (160) ilə təmizlənməlidir.

İNCƏLDİLMƏSİ:

Məhsul 10-15% FAB SİNTETİK TİNER (160) ilə incəldilməlidir.

QURUMA VAXTI:

25°C/65% H/R: Toz quruması: 2-3 saat, sərt quruması: 24 saatdır. 4 gündə fiziki və kimyəvi dayanıqlıq qazanır.

ALIŞMA DƏRƏCƏSİ:

38°C.

SƏRFİYYAT:

1 litr FAB SİNTETİK PARLAQ PARKET LAKI (150) ilə 17-18 m² sahə laklanabilər (30 µm qurumuş lak təbəqəsi qalınlığında).

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5°C ilə 30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmadan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın.
S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun.
S 45/46 Qəza baş verdikdə özünüzü piss hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin.
S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə varsa daha soyuq şəraitdə saxlanıldığını göstərir (20°C-də depolanması uyğundur). Lakı çəkərkən yayılmanın yaxşı olmaması səbəbi ilə səthdə portağal qabığına bənzər təbəqə əmələ gəlir. Soyuq və nəmli havada lak çəkildikdə südlü və ya mat şəklində görünür. Lakın qalın çəkilməsi, pis hava şəraiti, ətrafda həddindən artıq həlledici buxarın olması, birinci qat qurumadan ikinci qatın tətbiq edilməsi havada oksidləşmə ilə quruyan boya və laklarda səth qurumasının alt təbəqələrə nəzərən daha tez olması səbəbiylə səth qırışıq və korlanmış hal alır. Lakda olan həlledicilər yeni çəkilən lak təbəqəsinə təsir edərək onu həll edir. Səthə normadan artıq lak çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq kirli və ya nəm olarsa lakın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutunun üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter