az ru en

Məhsullar


Boyalar

Sintetik boyalar

Sintetik verniklər

FAB SİNTETİK CIZILMAZ PARLAQ PARKET LAKI






Parket döşəmə, taxta plitə və mozaikaları yağ, çay, qəhvə və içki kimi maddələrə qarşı qoruyur. Məişətdə istifadə olunan təmizlik vasitələrinə qarşı davamlıdır

MƏHSUL HAQQINDA:

Tək komponentli, modifiye edilmiş, uretan alkid bağlayıcı əsaslı, asan tətbiq edilə bilən, cızılmayan parlaq parket lakıdır

XÜSUSİYYƏTLƏRİ:

Yüksək və qalıcı parlaqlığı, cızılmalara qarşı yüksək dayanıqlılığı (istisna hallarını metal, daş və bu kimi sərt materiallardan yarana biləcək cızılmalar təşkil edir), şəffaflığı, sərtliyi, tətbiq edildiyi səthin təbii görünüşünü saxlaması, digər laklara nəzərən saralmaya qarşı daha davamlı bir təbəqə yaratması üstün xüsusiyyətlərindəndir. Parket döşəmə, taxta plitə və mozaikaları yağ, çay, qəhvə və içki kimi maddələrə qarşı qoruyur. Məişətdə istifadə olunan təmizlik vasitələrinə qarşı davamlıdır. Fırça izi saxlamır. Özəlliklə cızılmaması daha çox tələb olunan yerlərdə istifadə edilməsi məsləhətdir

TƏTBİQİ:

: Müxtəlif növ taxta parket, plitə və mozaikaların kimyəvi və fiziki təsirlərdən qorunması və dekorativ məqsədlərlə istifadə edilir. Yaxşı nəticə verməsi üçün laklanacaq səthlər təmiz və quru olmalıdır. Parketlər tam hamar olanadək sumbatalanmalı, araları və xarab yerləri talaş və lak qarışığı və ya LION təmir məcunu ilə doldurulmalıdır. Taxta plitə və mozaika səthlərin üstü mum təbəqəsindən yaxşıca təmizlənməlidir. Sonradan yarana biləcək taxta qurdlarına qarşı FAB MOBİTEX TAXTA QORUYUCU (182) istifadə edilməsi məsləhət görülür. Düzgün səthin alınması üçün yüngül sumbatalamadan sonra FAB SELLÜLOZİK DOLĞU VERNİK (157) istifadəsi vacibdir. Təkrar yüngül sumbatalamadan sonra 1 litr FAB SİNTETİK CIZILMAZ PARLAQ PARKET LAKI 100-150 ml FAB SİNTETİK TİNER ilə incəldilərək qatlar arası 24 saat gözləməklə 2-3 qat şəklində tətbiq edilir. Qatlar arasında yapışmanı artırmaq və düzgün bir səth əldə etmək üçün yüngülcə sumbatalamaq məsləhətdir. FAB SİNTETİK CIZILMAZ PARLAQ PARKET LAKI vurulduqdan 4 gün sonra fiziki və kimyəvi dayanıqlıq qazanır. Fırça istifadə edilməsi məsləhət görülür. Rulo ilə vurulduqda köpüklənmədən yaranan qabarcıqların meydana gəlməməsi üçün xüsusi diqqət yetirilməlidir. İstifadədən dərhal sonra alətlər FAB SİNTETİK TİNER ilə təmizlənməlidir

İNCƏLDİLMƏSİ:

10-15% FAB SİNTETİK TİNER ilə incəldilməlidir

QURUMA VAXTI:

Toz quruması: 2-3 saat, sərt quruması: 24 saatdır. 4 gündə fiziki və kimyəvi dayanıqlıq qazanır. (25°C/65%nisbi rütubətdə)

ALIŞMA DƏRƏCƏSİ:

38°C

SƏRFİYYAT:

1 litr FAB SİNTETİK CIZILMAZ PARLAQ PARKET LAKI ilə 17-18 m² sahə laklana bilər (30 µm qurumuş lak təbəqəsi qalınlığında)

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5°C ilə +30°C arası olmalıdır

SAXLANMA MÜDDƏTİ:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə)

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın. S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun. S 45/46 Qəza baş verdikdə özünüzü pis hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin. S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə varsa daha soyuq şəraitdə saxlanıldığını göstərir (20°C-də depolanması uyğundur). Lakı çəkərkən yayılmanın yaxşı olmaması səbəbi ilə səthdə portağal qabığına bənzər təbəqə əmələ gəlir. Soyuq və nəmli havada lak çəkildikdə südlü və ya mat şəklində görünür. Lakın qalın çəkilməsi, pis hava şəraiti, ətrafda həddindən artıq həlledici buxarının olması, birinci qat qurumadan ikinci qatın tətbiq edilməsi havada oksidləşmə ilə quruyan boya və laklarda səth qurumasının alt təbəqələrə nəzərən daha tez olması səbəbiylə səth qırışıq və korlanmış hal alır. Lakda olan həlledicilər yeni çəkilən lak təbəqəsinə təsir edərək onu həll edir. Səthə normadan artıq lak çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Uyğun tiner istifadə edilmədikdə bulanıqlılıq və gelləşmə ola bilər. Yetərincə incəldilmədən qalın qat şəklində tətbiq edildikdə, dib quruması olmaz və soyulmalar yarana bilər. Səth həddən artıq kirli və ya nəm olarsa lakın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutunun üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter