az ru en

Məhsullar


Boyalar

Sintetik boyalar

Sintetik son qat boyalar

FAB SİNTETİK LAKLI TAXTA QORUYUCU







MƏHSUL HAQQINDA:

Uretan alkid bağlayıcı əsaslı, yüksək hopdurucu gücə malik, asan tətbiq edilə bilən, taxtanın görüntüsünü pozmadan rəngləndirən dekorativ parlaq taxta qoruyucudur.

XÜSUSİYYƏTLƏRİ:

İstifadəsində astar və laka ehtiyac yoxdur. Xüsusi əlavə maddələri ilə kif və göbələyə qarşı qoruyucudur, yüksək keyfiyyətli xüsusi şəffaf pigmentləri sayəsində taxtanı ultrabənövşəyi işıqlardan qoruyur, rəngləri soldurmur. Yüksək hopdurucu gücü ilə taxtaya dərinləməsinə qədər nüfuz edir. Taxta tərəfindən asan hopulur, cızılma və aşınmaya qarşı dözümlüdür, mikroməsaməli quruluşu taxtaya nəfəs aldırır, tətbiqindən sonra silinməsinə ehtiyac yoxdur. Taxtanın müqavimətini artırır, üzərinə çəkiləcək olan lak və boya üçün möhkəm yapışma təmin edir. Tətbiq edildiyi səthin ömrünü uzadır.

TƏTBİQİ:

Köhnə və ya təzə, daxili və xarici məkanlarda taxta səthlərdə etibarla istifadə edə biləcəyiniz dekorativ taxta qoruyucudur. Taxta evlər, pəncərə, balkon, iç və çöl qapılar, taxta dirəklər, zirzəmi taxtaları, taxta tavan, lambir, mebel hissələri, baxça mebelləri və bu kimi taxta məmulatlarında istifadə edilə bilər. İstifadədən öncə qarışdırılmalıdır. Yaxşı nəticə verməsi üçün tətbiq ediləcək səthlər təmiz və quru olmalıdır. Köhnə boyalı səthlər tam olaraq təmizlənməlidir. Yeni tətbiq ediləcək səthlər mum və sumbata tozundan təmizlənməlidir. Fırça, rulo və ya püskürtmə vasitəsilə səthə 8 saat ara ilə 2 qat tətbiq edilir. Qatlar arası zəif və incə bir sumbatalama məsləhətdir. Təsirini artırmaq və sonradan yarana biləcək taxta qurdlarına qarşı qorumaq məqsədilə FAB SİNTETİK LAKLI TAXTA QORUYUCU (180)-nun tətbiqindən öncə taxtaya 1-2 qat şəklində FAB MOBİTEX TAXTA QORUYUCU (182) vurula bilər. İstəyə bağlı olaraq FAB SİNTETİK LAKLI TAXTA QORUYUCU (180) vurulduqdan sonra səthə FAB SİNTETİK PARLAQ PARKET LAKI (150) tətbiq edilə bilər. İstifadədən dərhal sonra alətlər FAB SİNTETİK TİNER (160) ilə təmizlənməlidir.

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır.

QURUMA VAXTI:

(25°C/65% nisbi rütubətdə): Toz quruması: 3-4 saat, sərtləşməsi: 8-10 saatdır. 4 gündə fiziki və kimyəvi dayanıqlıq qazanır.

ALIŞMA DƏRƏCƏSİ:

36°C.

SƏRFİYYAT:

1 litr FAB SİNTETİK LAKLI TAXTA QORUYUCU (180) ilə 6-12 m² sahə laklana bilər (30 µm qurumuş lak təbəqəsi qalınlığında).

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R10 alovlana bilər.
R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın.
S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun.
S 45/46 Qəza baş verdikdə özünüzü pis hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin.
S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə varsa daha soyuq şəraitdə saxlanıldığını göstərir (20°C-də depolanması uyğundur). Lakı çəkərkən yayılmanın yaxşı olmaması səbəbi ilə səthdə portağal qabığına bənzər təbəqə əmələ gəlir. Soyuq və nəmli havada lak çəkildikdə südlü və ya mat şəklində görünür. Lakın qalın çəkilməsi, pis hava şəraiti, ətrafda həddindən artıq həlledici buxarının olması, birinci qat qurumadan ikinci qatın tətbiq edilməsi havada oksidləşmə ilə quruyan boya və laklarda səth qurumasının alt təbəqələrə nəzərən daha tez olması səbəbiylə səth qırışıq və korlanmış hal alır. Lakda olan həlledicilər yeni çəkilən lak təbəqəsinə təsir edərək onu həll edir. Səthə normadan artıq lak çəkdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Uyğun tiner istifadə edilmədikdə bulanıqlıq və gelləşmə ola bilər. Qalın qat şəklində tətbiq edildikdə, dib quruması olmaz və soyulmalar yarana bilər. Səth həddən artıq kirli və ya nəm olarsa lakın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutunun üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR

Facebook Twitter