az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Karbohidrogen bağlayıcı əsaslı, tərkibində metallik alüminium tozu olan son qat boyadır.

XÜSUSİYYƏTLƏRİ:

Metallik boz rəngdə, parlaq boyadır.

TƏTBİQİ:

Hər növ metal səthlər üzərinə, soba, baca, qızdırıcı və buxar qazanları, istilik sistemlərinin boruları və elektrik dirəklər üzərinə qoruyucu və dekorativ məqsədlə tətbiq edilə bilər. Səth kir, toz və yağlardan təmizləndikdən və quruduqdan sonra rulo, fırça və ya tapança vasitəsi ilə FAB ALÜMİNİUM BOYA (200) tətbiq edilə bilər. Boyanın dibində tamamilə piqment qalmayacaq şəkildə qarışdırın. Bunu hər 4-5 fırça daldırmasından sonra təkrarlayın. Qapalı şəraitdə istifadə edildikdə məkan yaxşıca havalandırılmalıdır.

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır. Qutunun qapağını açmaqdan əvvəl yaxşıca qarışdırın.

QURUMA VAXTI:

(20°C/65% nisbi rütubətdə): Toxunma quruması: 5-10 dəqiqə. Toz quruması: 30 dəqiqə. Tam quruma: 6 saat. Tam sərtləşmə: 7 gün.

ALIŞMA DƏRƏCƏSİ:

<23°C.

SƏRFİYYAT:

Tək qatda 30 mikron quru təbəqə yarada biləcək şəkildə tətbiq edilərsə 1 kq. FAB ALÜMİNİUM BOYA (200) ilə 22-27 m² sahə boyana bilər.

QEYD:

Tətbiq ediləcək səthlərin və məkanın temperaturu +10°C ilə +30°C arası olmalıdır. Boyanın öz temperaturu +12°C-dən az olmamalıdır. Qapalı məkanda tətbiq edildikdə məkanın rütubətliyi 65% - dən çox olmamalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22/25/36 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında və nəfəs aldıqda sağlamlığa zərərlidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 23/24/25 Buxarını udmayın. Göz və dəri ilə təmas etdirməyin. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin. S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

İstifadə zamanı problemlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter