az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Alkid bağlayıcı əsaslı üstün xüsusiyyətlərə malik sintetik parlaq son qat boyadır

XÜSUSİYYƏTLƏRİ:

Tez quruması, örtücülüyü, fırça ilə asan çəkilməsi, saralmaması üstün xüsusiyyətləri olub fiziki və kimyəvi təsirlərə dözümlüdür.

TƏTBİQİ:

Binaların daxili və xarici hissələrində, mebellərdə, kənd təsərrüfatı vasitələrində və buna bənzər hər növ taxta və metal səthlərdə istifadə edilir. Tətbiq olunacaq səthlər hər cür kir, pas və yagdan təmizləndikdən sonra metal səthlər FAB SİNTETİK ANTİPAS (140) ilə astarlanmalıdır. Yeni taxta səthlərə, yaranacaq taxta qurdlarına qarşı FAB MOBİTEX TAXTA QORUYUCU (182) tətbiq edilməlidir. FAB SİNTETİK PARLAQ (100) boyanın 1 litri təxminən 100-150 ml FAB SİNTETİK TİNER (160) ilə bircinsli olana qədər həll edilir. Fırça, rulo və ya tapança ilə tətbiq edilə bilər. İki qat vurulmalıdır. İkinci qatın vurulması üçün bir gün gözlənilməlidir. İstifadədən dərhal sonra alətlər FAB SİNTETİK TİNER (160) ilə təmizlənməlidir.

İNCƏLDİLMƏSİ:

Məhsul 10-15% FAB SİNTETİK TİNER (160) ilə incəldilməlidir.

QURUMA VAXTI:

25°C/65% HR: Toxunma quruması: 2-3 saat, toz quruması: 3-4 saat, sərt quruması: 24 saatdır.

ALIŞMA DƏRƏCƏSİ:

36° C

SƏRFİYYAT:

1 litr FAB SİNTETİK PARLAQ (100) boya ilə tək qatda astarlanmış səthlərdə 15-20 m² sahə, astarlanmamış səthlərdə 10-15 m² boyanır (25±5µm quru qat qalınlığında). Daha dəqiq sərfiyyat kontrolu üçün nümunə çalışması aparılmalıdır.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5°C ilə 30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmadan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın.
S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun.
S 45/46 Qəza baş verdikdə özünüzü piss hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin.
S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə varsa daha soyuq şəraitdə saxlanıldığını göstərir (20°C-də depolanması uyğundur). Boya çəkərkən yayılmanın yaxşı olmaması səbəbi ilə səthdə portağal qabığına bənzər təbəqə əmələ gəlir. Soyuq və nəmli havada boya çəkildikdə südlü və mat şəklində görünür. Boyanın qalın çəkilməsi, pis hava şəraiti, ətrafda həddindən artıq həlledici buxarın olması, birinci qat qurumadan ikinci qatın tətbiq edilməsi havada oksidləşmə ilə quruyan boyalarda səth qurumasının alt təbəqələrə nəzərən daha tez olması səbəbiylə səth qırışıq və korlanmış hal alır. Boyada olan həlledicilər yeni çəkilən boya təbəqəsinə təsir edərək onu həll edir. Səthə normadan artıq boya çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq çirkli olarsa boyanın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

Facebook Twitter