az ru en

Məhsullar


Boyalar

Sintetik boyalar

Sintetik astarlar

FAB SİNTETİK ANTİPAS BOYA







MƏHSUL HAQQINDA:

Alkid bağlayıcı əsaslı yüksək pas önləmə gücünə malik sintetik astardır.

XÜSUSİYYƏTLƏRİ:

Tez quruması, örtücülüyü, fırça ilə asan çəkilməsi, nəm, su və duzlu suya dayanıqlılığı, mükəmməl yapışması üstün xüsusiyyətlərindəndir.

TƏTBİQİ:

Daxili və xarici hər cür metal səthlərdə pas əleyhinə astar olaraq istifadə edilir. Səthlər tel fırça və ya qum püskürtmə ilə pasdan təmizlənilir. Toz və yağlar FAB SİNTETİK TİNER (160) silinərək təmizləndikdən sonra FAB SİNTETİK ANTİPAS (140) fırça, rulo və ya tapança ilə tətbiq edilə bilər. FAB SİNTETİK ANTİPAS (140) boyanın 1 litri təxminən 100-150 ml FAB SİNTETİK TİNER (160) ilə bircinsli olana qədər həll edilir. 8 saat ara ilə iki qat şəklində tətbiq edilməlidir. İkinci qat vurulduqdan sonra 24 saat gözləyib üzərini yüngülcə sumbatalamaq lazımdır. Sonra üzərinə FAB SİNTETİK PARLAQ (100), FAB SİNTETİK LUX PARLAQ (101), FAB SİNTETİK MAT (120) və ya FAB SUPER MAT (121) tətbiq edilərsə uzun illər paslanma problemi yaşanmaz. İstifadədən dərhal sonra alətlər FAB SİNTETİK TİNER (160) ilə təmizlənməlidir.

İNCƏLDİLMƏSİ:

Məhsul 10-15% FAB SİNTETİK TİNER (160) ilə incəldilməlidir.

QURUMA VAXTI:

25°C/65% HR: Toxunma quruması: 1 saat, toz quruması: 3-4 saat, sərt quruması: 8-12 saatdır.

ALIŞMA DƏRƏCƏSİ:

36°C.

SƏRFİYYAT:

Tək qatda səthə bağlı olaraq 1 litr FAB SİNTETİK MAT (120) boya ilə 12-14 m² sahə boyana bilər (25±5µm quru qat qalınlığında). Daha dəqiq sərfiyyat kontrolu üçün nümunə çalışması aparılmalıdır.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmadan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayınız.
S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun
S 45/46 Qəza baş verdikdə özünüzü piss hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin.
S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə varsa daha soyuq şəraitdə saxlanıldığını göstərir (20°C-də depolanması uyğundur). Boya çəkərkən yayılmanın yaxşı olmaması səbəbi ilə səthdə portağal qabığına bənzər təbəqə əmələ gəlir. Soyuq və nəmli havada boya çəkildikdə südlü və mat şəklində görünür. Havada oksidləşmə ilə quruyan boyalarda səth qurumasının alt təbəqələrə nəzərən daha tez olması səbəbiylə səth qırışıq və korlanmış hal alır. Boyada olan həlledicilər yeni çəkilən boya təbəqəsinə təsir edərək onu həll edir. Səthə normadan artıq boya çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq çirkli olarsa boyanın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter