az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

FAB BOYA SÖKÜCÜ (211) tərkibində turşu yoxdur, yandırıcı xassəyə malik deyil, qatı olduğu üçün həm dik, həm də üfiqi səthlərdə istifadə edilə bilər.

TƏTBİQİ:

Hər növ dekorativ boya, yağ, sellülozik və poliuretan əsaslı, parlaq və mat boya və laklar, emulsiyaları qısa zaman ərzində və asanlıqla sökür. Bir və ya bir neçə qat boyanı tətbiq edilmiş səthin materialına zərər vermədən asan şəkildə sökür. FAB BOYA SÖKÜCÜ (211) boyası söküləcək səthin üstünə bir qat şəklində tətbiq edilir. Təqribən 20 dəqiqə gözlədikdən sonra bir şpatelin ucu ilə sökücünün səthə qədər təsir edib-etmədiyi yoxlanılır. Təsir etmədiyi halda bir qat daha çəkilməlidir. Yenidən 20 dəqiqə gözlədikdən sonra boya sökülə bilər. Şpatel, tel fırça və ya dərin girintilər üçün diş fırçası ilə boyanı təmizləyin. Boyası sökülmüş sahəni yuyucu toz və ya spirt qatılmış su ilə yaxşıca yuduqdan sonra qurumasını gözləyin. 1 litr FAB BOYA SÖKÜCÜ (211) təqribən 3-4 m² sahəni əhatə edir.

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır

ALIŞMA DƏRƏCƏSİ:

< 20°C

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

1 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22/25 - iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayınız.
S 16 Alışan mənbələrdən uzaq tutunuz,siqaret çəkməyiniz
S 46 Udulduğunda o dəqiqə həkimə gedin,qabı və etiketi göstərin.
S51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

İstifadə zamanı problemlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texnik servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR

Facebook Twitter