az ru en

Məhsullar


Boyalar

Selulozik boya verniklər

Selulozik verniklər

FAB SELLÜLOZİK DOLĞU VERNİK







MƏHSUL HAQQINDA:

Sellülozik əsaslı hava qurumalı, son qat laklara düzgün səth hazırlamaq məqsədi ilə istifadə edilən doldurucu lakdır.

XÜSUSİYYƏTLƏRİ:

Taxta səthlərin boşluqlarını tam doldurur, taxtanın rəngini dəyişmir. Son qat lak və boyalara qarşı dayanıqlıdır. Son qatın taxta tərəfindən hopulmasının qarşısını alaraq, sərfiyyatını azaldır, asan sumbatalana bilən təbəqə əmələ gətirir.

TƏTBİQİ:

İç məkanların parket və taxta səthlərindəki boşluqları doldurmaq məqsədi ilə istifadə edilir. Tətbiq ediləcək səthlər toz, kir və yağdan təmizlənməlidir. Fırça və rulo ilə tətbiq edilə bilər. 1 litr FAB SELLÜLOZİK DOLĞU VERNİK (157) təxminən 250 ml FAB SELLÜLOZİK TİNER (161) ilə bircinsli olana qədər həll edilir və sumbatalanmış səthlərə 2 qat şəklində tətbiq edilir. Qatlar arası 20-30 dəqiqə gözlənilməlidir. Normal şəraitdə 4 saatdan sonra sumbatalanacaq vəziyyətə gəlir. İstifadədən dərhal sonra alətlər FAB SELLÜLOZİK TİNER (161) ilə təmizlənməlidir.

İNCƏLDİLMƏSİ:

25%-30% FAB SELLÜLOZİK TİNER (161) ilə incəldilməlidir

QURUMA VAXTI:

25°C/65%nisbi rütubətdə: Ilk quruma 5-7 dəqiqədir. Toxunma quruması: 20 dəqiqədir. 4 saat sonra sumbatalana bilər.

ALIŞMA DƏRƏCƏSİ:

< 23°C

SƏRFİYYAT:

Tək qatda 1 litr FAB SELLÜLOZİK DOLĞU VERNİK (157) ilə 10-12 m² sahə boyana bilər.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın.
S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun.
S 23/24/25 Buxarını udmuyun. Göz və dəri ilə təmas etdirməyin.
S 45/46 Qəza baş verdikdə özünüzü pis hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin.
S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə olması daha soyuq şəraitdə saxlanıldığını göstərir (20°C-də depolanması uyğundur). Səthə normadan artıq dolğu çəkildikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Dolğu həddindən artıq qalın şəkildə tətbiq edildikdə dib quruması olmaz və soyulmalar yarana bilər. Səth həddən artıq kirli, yağlı və ya nəm olarsa lakın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutunun üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR

Facebook Twitter