az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Nitroselluloza əsaslı, hava qurumalı, düzgün mat görüntü verən son qat lakdır.

XÜSUSİYYƏTLƏRİ:

Tez quruması və taxtanın rəngini dəyişməməsi üstün xüsusiyyətlərindəndir.

TƏTBİQİ:

Hər növ astarlanmış taxta səthlərdə qoruyucu və dekorativ məqsədlər üçün istifadə edilir. Mat və hamar səth yaradır. Sellülozik, poliuretan sistemlər üzərinə rahatlıqla tətbiq edilə bilər. FAB SELLÜLOZİK MAT LAK (156) vurulacaq taxta səthlərə yüngül sumbatalanmadan sonra düzgün bir səthin alınması üçün FAB SELLÜLOZİK DOLĞU VERNIK (157) istifadə etmək vacibdir. Təkrar yüngül sumbatalamadan sonra FAB SELLÜLOZİK MAT LAK (156) 1:1 nisbətində FAB SELLÜLOZİK TİNER (161) ilə bircinsli olana qədər həll edilərək, 20-30 dəqiqə ara ilə 2-3 qat tapança ilə vurulur. İstifadədən dərhal sonra alətlər FAB SELLÜLOZİK TİNER (161) ilə təmizlənməlidir.

İNCƏLDİLMƏSİ:

1:1 nisbətində FAB SELLÜLOZİK TİNER (161) ilə incəldilməlidir.

QURUMA VAXTI:

25°C/65% nisbi rütubətdə: İlk quruma 5-7 dəqiqə. Toxunma quruması: 20 dəqiqə.

ALIŞMA DƏRƏCƏSİ:

< 23°C.

SƏRFİYYAT:

Tək qatda 30-35 mikron quru təbəqə yarada biləcək şəkildə tətbiq edilərsə 1 litr FAB SELLÜLOZİK MAT LAK (156) ilə 10-12 m² sahə boyanır.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +15°C ilə +35°C arası olmalıdır. Lakın öz temperaturu +12°C-dən az olmamalıdır. Qapalı məkanda tətbiq edildikdə məkanın rütubətliyi 65% - ən çox olmamalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22/25/36 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında və nəfəs aldıqda sağlamlığa zərərlidir. R42/43 Zərərlidir, iylədikdə və dəri ilə təmasında allergiya yarada bilər.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın.
S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun.
S 23/24/25/29 Buxarını udmyın. Göz və dəri ilə təmas etdirməyin. Kanalizasiyaya atmayın.
S 37/39 İşləyərkən uyğun qoruyucu eynək və maska istifadə edin.
S 45/46 Qəza baş verdikdə özünüzü pis hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin.
S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Kompressorun havasını düzgün quraşdırmaq lazımdır ki, bu havada nəm olmasın. Kompressorun çıxışında hava şərtləndiricisi mütləq olmalıdır, əks halda tətbiq edilmis boyada deşiklər yarana bilər. Eyni zamanda, aparatda təzyiq yüksək olduqda və ya lakı səthə çox yaxın məsafədə püskürtdükdə səthdə deşiklər yarana bilər. Səthə normadan artıq lak püskürtdükdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma şəklində görünüş əmələ gəlir. Səth həddən artıq çirkli olarsa lakın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texnik servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter