az ru en

Məhsullar


Boyalar

MEGA boyalar

FAB MEGA İPƏK






Silinə və yuyula bilən, asan tətbiq edilən, sərt, yüksək keyfiyyətli dekorativ, parlaq son qat iç cəbhə boyası

MƏHSUL HAQQINDA:

Akrilik kopolimer əsaslı, parlaq görünüşlü, yüksək örtücülüyə və yapışma gücünə malik, dəfələrlə silinə və yuyula bilən, asan tətbiq edilən, sərt, yüksək keyfiyyətli dekorativ, parlaq son qat iç cəbhə boyasıdır

XÜSUSİYYƏTLƏRİ:

MEGA İPƏK hər növ səthə yüksək yapışma və örtmə qabiliyyəti olan, çatlamayan və tökülməyən, su ilə dəfələrlə silinməyə və yuyulmaya davamlı yüksək keyfiyyətli parlaq iç cəbhə boyasıdır. Zərbə və cızılmalara qarşı dözümlüdür. Hər fəsil asanlıqla tətbiq edilə bilər. Ekoloji təmizdir, qoxusu yoxdur, ətraf mühitin dostudur

TƏTBİQİ:

MEGAİPƏK binaların iç cəbhələrində, daha əvvəl sintetik və ya su əsaslı boyalarla boyanmış səthlərdə, suvaqlanmış və ya alçı istifadə edilmiş hər növ səthdə, boyana bilən divar kağızı üzərinə parlaq son qat boya olaraq istifadə edilə bilər. MEGAİPƏK ( tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan əvvəl 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP (500), eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməli və 24 saat gözlənilməlidir. Qara suvaqlı səthlər bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. Suvaqlanmamış səthlər isə, FABGİPS TƏK ASTAR ilə suvaqlanmalıdır. FABBİNDER ilə yuyulmuş qara suvaqlı və ya FABGİPS TƏK ASTAR istifadə olunmuş səthlərdə, daha yaxşı nəticə əldə etmək üçün səthə FABGİPS ASTAR (Sıva Alçı) və onun üzərinə FABGİPS ÜZLÜK (Saten Alçı) tətbiq edilməlidir. Səthin tam quruduğuna əmin olduqdan sonra, səth incə sumbata kağızı ilə sürtülərək təmizlənməlidir. Əvvəlcədən sintetik boya və ya emulsiya ilə boyanmış səthlər sumbatalanmalı və təmirə ehtiyacı olan hissələr (qabarıq hissələr, çatlaqlar və s.) FABGİPS məhsulları ilə təmir edilməlidir. Boya tətbiq ediləcək səth sumbatalandıqdan sonra, bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER (340), 7 nisbət su). FABBİNDER (340) tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. Daha parlaq səth almaq üçün 1 qat MEGAASTAR tətbiq olunması məsləhətdir. MEGAASTAR (438) tam quruduqdan sonra (ən az 5-6 saat sonra), MEGAİPƏK 15-20% su ilə həll edilib 2 qat şəklində DEKOR EXPORT RULO (1080), fırça və ya püskürtmə ilə tətbiq edilir. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. Daha parlaq səth əldə etmək üçün 3-cü qat tətbiq edilə bilər. Püskürtmə ilə tətbiq edildikdə, rolikə nisbətən, daha yaxşı nəticə əldə etmək olar. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır

İNCƏLDİLMƏSİ:

15-20% su ilə həll edilməlidir

QURUMA VAXTI:

Toxunma quruma 1 saat, qatlar arası 5-6 saat, tam quruma 24 saatdır (20°C/65%nisbi rütubətdə)

SƏRFİYYAT:

Səthin düzgünlüyündən və tətbiq etmə qalınlığından asılı olaraq tək qatda 1 kq. MEGAİPƏK (441) ilə 9-12 m² (100-120 µ film qalınlığında, 15-20% incəldilmiş boya ilə) sahə boyanır

QEYD:

Tətbiq ediləcək səthin və məkanın temperaturu +5°C ilə +30°C arası olmalıdır

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +30°C arasıdır (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə)

XƏBƏRDARLIQ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma varsa həddən artıq soyuq və ya isti şəraitdə saxlanıldığını göstərir. Su bazlı boya ilə boyanmış səthlərdə kiflənmə əmələ gəlməsinin səbəbi ətrafda həddən artıq nəmin olması, divarların çöldən, tavandan və ya təməldən su alması, divarlarda istilik və su izolyasiyasının zəif olmasıdır. Akrilik boyaların tətbiqində müşahidə edilən incə çatlamaların səbəbi boyanın həddən artıq qalın çəkilməsi, səthin boyanarkən isti olması, havanın küləkli olması, hazır boyanın tərkibinə sonradan kalsit kimi dolğu maddəsinin əlavə edilməsi, astardan həddən artıq istifadə edilməsidir. Səthə həddindən artıq qalın boya çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq kirli olarsa və ya boya yetərincə həll edilməzsə boyanın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Günəş işıqlarının birbaşa düşdüyü divarlara boya çəkilərsə, boya tez quruduğundan yapışması zəif olar. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR

Facebook Twitter