az ru en

Məhsullar


Boyalar

MEGA boyalar

FAB MEGA DEKOR






DİVAR KAĞIZI BOYASI

MƏHSUL HAQQINDA:

Akrilik əsaslı, mat görünüşlü, yüksək elastikliyə, yapışma gücü və örtücülüyə malik, asan tətbiq edilən, silinə bilən yüksək keyfiyyətli dekorativ son qat divar kağızı boyasıdır

XÜSUSİYYƏTLƏRİ:

MEGADEKOR boyana bilən hər növ divar kağızı üzərinə yüksək yapışma qabiliyyəti olan, elastik, çatlamayan və tökülməyən, mat divar kağızı boyasıdır. Zərbə və cızılmalara qarşı dözümlüdür. Hər fəsil asanlıqla tətbiq edilə bilər. Ekoloji təmizdir, qoxusu yoxdur, ətraf mühitin dostudur

TƏTBİQİ:

MEGADEKOR boyası divar kağızı yapışdırıldıqdan 48 saat sonra birbaşa divar kağızının üzərinə 2 qat olaraq tətbiq edilir. MEGADEKOR tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş və quru olmalıdır. MEGADEKOR 15-20% su ilə həll edilib DEKOR EXPORT RULO (1080), fırça və ya püskürtmə ilə tətbiq edilir. Qatlar arası ən azı 7-8 saat gözlənilməlidir. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır

İNCƏLDİLMƏSİ:

15-20% su ilə həll edilməlidir

QURUMA VAXTI:

Toxunma quruma - 1 saat, qatlar arası 7-8 saat, Tam quruma 24 saatdır (20°C/65%nisbi rütubətdə)

SƏRFİYYAT:

Divar kağızının naxışı (dekor) və tətbiq etmə qalınlığından asılı olaraq tək qatda 1 kq. MEGADEKOR (100-120µ film qalınlığında, 15-20% incəldilmiş) ilə 8-10 m² sahə boyanır

QEYD:

Tətbiq ediləcək səthin və məkanın temperaturu +5°C ilə +30°C arası olmalıdır

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +30°C arasıdır (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə)

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma varsa həddən artıq soyuq və ya isti şəraitdə saxlanıldığını göstərir. Su bazlı boya ilə boyanmış səthlərdə kiflənmə əmələ gəlməsinin səbəbi ətrafda həddən artıq nəmin olması, divarların çöldən, tavandan və ya təməldən su alması, divarlarda istilik və su izolyasiyasının zəif olmasıdır. Divarın nəm çəkməsi zamanı divar kağızı ilə birlikdə, boya da divardan qopa bilər. Akrilik boyaların tətbiqində müşahidə edilən incə çatlamaların səbəbi boyanın həddən artıq qalın çəkilməsi, səthin boyanarkən isti olması, hazır boyanın tərkibinə sonradan kalsit kimi dolğu maddəsinin əlavə edilməsidir. Səthə həddindən artıq qalın boya çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq kirli olarsa və ya boya yetərincə həll edilməzsə boyanın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Günəş işıqlarının birbaşa düşdüyü divarlara boya çəkilərsə, boya tez quruduğundan yapışması zəif olar. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR

Facebook Twitter