az ru en

Məhsullar


Boyalar

MEGA boyalar

FAB MEGA AQUA ASTAR






Saralmaz, qoxusuz, ekoloji təmiz, günəş işıqlarına qarşı davamlı, tez quruyan, son qat su əsaslı lak üçün səth hazırlayan astardır

MƏHSUL HAQQINDA:

Tək komponentli, istifadəyə hazır, su əsaslı parket lakı astarıdır

XÜSUSİYYƏTLƏRİ:

Yüksək fiziki və kimyəvi dayanıqlığa malik, taxtanın təbii rəngini və gorünüşünü qoruyan, saralmaz, qoxusuz, ekoloji təmiz, günəş işıqlarına qarşı davamlı, tez quruyan, son qat su əsaslı lak üçün səth hazırlayan astardır

TƏTBİQ SAHƏSİ:

Astar tətbiq ediləcək səthdə yapışdırıcının tam quruduğuna diqqət edilməlidir. Səth hər növ toz, yağ və kirdən təmizlənməlidir. Parket tam hamar olanadək sumbatalanmalı, araları və xarab yerləri talaşa və lak qarışığı və ya LİON TAXTA MƏCUNU ilə doldurulmalıdır. Bundan sonra səth təkrar sumbatalanmalıdır (180-200). İdeal bir səth əldə etmək üçün daha incə sumbata kağızı (300-400) ilə sumbatalanması məsləhətdir. Sumbatalanma işləri tamamlandıqdan sonra, tətbiq ediləcək səth tozdan təmizlənməlidir. Bundan sonra səthə MEGA AQUA ASTAR tətbiq olunmalıdır

TƏTBİQİ:

MEGA AQUA ASTAR-ın temperaturu ilə tətbiq ediləcəyi mühitin temperaturu eyni olana qədər gözlənilməlidir. Astara qəti şəkildə su qatılmamalı və yaxşı qarışdırılmalıdır. Səthə 1 qat astar və ən az 2 qat lak (Parlaq və ya İpək mat) tətbiq edilməlidir. MEGA AQUA ASTAR tətbiq olunduqdan sonra, qurumadan (tam sərtləşmədən) və sumbatalanmadan ən gec 2-3 saat (mühitin temperaturundan asılı olaraq) ərzində lakın (Parlaq və ya İpək mat) birinci qatı tətbiq edilməlidir. Birinci qat lakın tətbiqindən sonra 2-3 saat gözlənilməli, daha sonra səth sumbatalanmalı (180-200) və səth tozdan təmizləndikdən sonra, ikinci qat tətbiq edilməlidir. Əgər lak 3 qat tətbiq ediləcəksə ikinci qatın tətbiqindən 2-3 saat sonra səth sumbatalanmalı (300-400), tozdan təmizlənməli və 3-cü qat tətbiq edilməlidir. MEGA AQUA ASTAR DEKOR KADİFE RULO və ya fırça ilə tətbiq edilir. Alətlər istifadədən sonra su ilə təmizlənməlidir

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır

QURUMA VAXTI:

2-3 saat (25°C/65% H/R)

SƏRFİYYAT:

Tətbiq ediləcək səthdən və tətbiq edilən film qalınlığından asılı olaraq, tək qatda 100-120 gr/m² (8-10 m²/kg) sahə laklana bilər

QEYD:

Tətbiq ediləcək səthin temperaturu +5°C ilə 30°C arası olmalıdır

SAXLANMA MÜDDƏTİ:

1 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +30°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, birbaşa günəş şüalarının təsirindən ve dondan qorumaq şərti ilə)

XƏBƏRDARLIQ:

MEGA AQUA ASTAR üzərinə su əsaslı olmayan boya və ya lak tətbiq etmək olmaz

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Əgər astarın qatılığı yüksəkdirsə astar ya donmuşdur və ya 40° C-dən yüksək temperaturda saxlanmışdır. Astar yaxşı qarışdırılmadan tətbiq edilərsə, lak səthdə homogen olaraq yayılmaz və istənilən nəticəni verməz. Lak su ilə incəldilərsə eyni problem meydana gələcək. Su əsaslı lak astarı birbaşa xam taxta üzərinə tətbiq edilməlidir. Əvvəlcədən Selülozik Dolğu vernik ilə laklanmış və ya köhnə sintetik lakla laklanmış səthlərə tətbiq etmək olmaz. Belə səthlər taxtaya çatana qədər sumbatalandıqdan sonra, səth hazırlama qaydalarına əməl edilərək tətbiq edilir. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutunun üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR

Facebook Twitter