az ru en

Məhsullar


Boyalar

MEGA boyalar

MEGA SƏDƏF






Akrilik kopolimer əsaslı, dəfələrlə yuyula və silinə bilən, tənəffüs edə bilən, parlaq görünüşlü, yüksək yapışma gücünə malik, asan tətbiq edilən, sədəf pigmentlər ilə rəngləndirilmiş, yüksək keyfiyyətli dekorativ parlaq son qat iç cəbhə boyasıdır

MƏHSUL HAQQINDA:

Akrilik kopolimer əsaslı, dəfələrlə yuyula və silinə bilən, tənəffüs edə bilən, parlaq görünüşlü, yüksək yapışma gücünə malik, asan tətbiq edilən, sədəf pigmentlər ilə rəngləndirilmiş, yüksək keyfiyyətli dekorativ parlaq son qat iç cəbhə boyasıdır

XÜSUSİYYƏTLƏRİ:

MEGASƏDƏF hər növ səthə yapışmaq qabiliyyəti olan, boyana bilən divar kağızlarında dekorativ görüntü əmələ gətirən, çatlamayan və tökülməyən, su ilə dəfələrlə silinməyə və yuyulmağa davamlı yüksək keyfiyyətli iç cəbhə boyasıdır. Sədəf boya tərkibindəki piqmentin rənginə, tətbiq ediləcək səthin rənginə, üzərinə düşən işıq şüalarının istiqamətinə və tətbiq edilən boyanın qat sayına görə rəngini dəyişmə xüsusiyyətinə malikdir. Zərbə və cızılmalara qarşı dözümlüdür. Hər fəsil asanlıqla tətbiq oluna bilər. Ekoloji təmizdir, qoxusu yoxdur, ətraf mühitin dostudur

TƏTBİQİ:

MEGASƏDƏF binaların iç cəbhələrində, daha əvvəl sintetik və ya su əsaslı boyalarla boyanmış səthlərdə, suvaqlanmış və ya alçı çəkilmiş hər növ səthlərdə, boyana bilən divar kağızı üzərinə dekorativ parlaq son qat boya olaraq istifadə oluna bilər. MEGASƏDƏF tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP , eyni ölçüdə su ilə həll edilərək fırça ilə səthə tətbiq edilməli və 24 saat gözlənilməlidir Qara suvaqlı səthlər, bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir Boyanacaq səth, sumbatalandıqdan sonra, bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. Sədəf boyadan istənilən rəng və nəticəni almaq üçün, 1 və ya 2 qat şəklində Ağ və ya Qara MEGA SƏDƏF ASTAR tətbiq olunması vacibdir. MEGA SƏDƏF ASTAR tam quruduqdan sonra (ən az 5-6 saat), MEGA SƏDƏF 25 % su ilə həll edilib, əldə etmək istənilən səth örtücülüyü və rəngə görə 1 və ya 2 qat olaraq DEKOR EXPORT RULO (1080), DEKOR efekt ruloları və fırça ilə tək istiqamətdə və ya püskürtmə ilə tətbiq edilir. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. Boyanın tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır. Əgər sintetik boyalı səthlərin üzərinə MEGASƏDƏF istifadə etmək istənilərsə, səth sumbatalanmalı və təmirə ehtiyacı olan hissələr (qabarıq hissələr, çatlaqlar və s.) FABGİPS məhsulları ilə təmir edildikdən sonra 1 qat FAB KEÇİD ASTARI tətbiq edilməlidir. Üzərinə MEGASƏDƏF (443) boyanın rənginə görə və ya istənilən efekti əldə etmək üçün, Ağ və ya Qara rəngli MEGASƏDƏF ASTAR maksimum 10% su ilə həll edilib 1və ya 2 qat şəklində tətbiq edilməlidir QEYD: MEGA SƏDƏF boya tərkibində xüsusi sədəf pigmentlər olduğuna görə, istifadədən qabaq çox yaxşı qarışdırılmasına diqqət edilməlidir. MEGASƏDƏF boyana bilən divar kağızı üzərinə heç bir boya və ya rəngləndirici ilə qarışdırılmadan birbaşa tətbiq edilməlidir

İNCƏLDİLMƏSİ:

25% su ilə həll edilməlidir

QURUMA VAXTI:

(20°C/65%nisbi rütubətdə): Toxunma quruma – 1 saat, Qatlar arası 5-6 saat, Tam quruma 24 saatdır

SƏRFİYYAT:

Səthin düzgünlüyündən və tətbiq etmə qalınlığından, istifadə edilən rulo çeşidindən asılı olaraq tək qatda 1 kq. MEGASƏDƏF (443) ilə 9-12 m² (100-120µ yaş film qalınlığında, 25% incəldilmiş boya ilə) sahə boyanır

QEYD:

Tətbiq ediləcək səthlərin və məkanın temperaturu +5°C ilə +30°C arası olmalıdır

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +30°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə)

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını göstərir. Su bazlı boya ilə boyanmış səthlərdə kiflənmə əmələ gəlməsinin səbəbi ətrafda həddən artıq nəmin olması, divarların çöldən, tavandan və ya təməldən su alması, divarlarda istilik və su izolyasiyasının zəif olmasıdır. Sədəf boyanın tətbiqində müşahidə edilən incə çatlamaların səbəbi sədəf boyanın həddən artıq qalın çəkilməsi, səthin boyanarkən isti olması, hazır sədəf boyanın tərkibinə sonradan kalsit kimi dolğu maddəsinin əlavə edilməsi, astardan həddən artıq istifadə edilməsidir. Səthə həddindən artıq qalın sədəf boya çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq kirli olarsa və ya sədəf boya yetərincə həll edilməzsə boyanın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Günəş işıqlarının birbaşa düşdüyü divarlara sədəf boya çəkilərsə, sədəf boya tez quruduğundan yapışması zəif olar. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR

Facebook Twitter