az ru en

Məhsullar


Boyalar

MEGA boyalar

MEGA SƏDƏF ASTAR






Akrilik kopolimer əsaslı, mat görünüşlü, tənəffüs edə bilən, yüksək yapışma gücünə və örtücülüyə malik, asan tətbiq olunan, yüksək keyfiyyətli sədəf boya astarıdır

MƏHSUL HAQQINDA:

Akrilik kopolimer əsaslı, mat görünüşlü, tənəffüs edə bilən, yüksək yapışma gücünə və örtücülüyə malik, asan tətbiq olunan, yüksək keyfiyyətli sədəf boya astarıdır

XÜSUSİYYƏTLƏRİ:

MEGA SƏDƏF ASTAR qoxusuzdur, ekoloji təmizdir, ətraf mühitin dostudur. Səth üzərinə tətbiq ediləcək MEGASƏDƏF (443) üçün mükəmməl səth hazırlamaq xüsusiyyətinə, yüksək örtücülüyə və yapışma gücünə malik, yüksək keyfiyyətli, ağ və ya qara rəngli iç cəbhə sədəf boya astarıdır

TƏTBİQİ:

MEGA SƏDƏF ASTAR tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməli və 24 saat gözlənilməlidir. Suvaqlanmış səthlərdə, daha yaxşı nəticə əldə etmək üçün səth, bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir Boya tətbiq ediləcək səth sumbatalandıqdan sonra, səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. MEGA SƏDƏF boyanın rənginə görə vəya istənilən effekt əldə etmək üçün, Ağ və ya Qara rəngli MEGA SƏDƏF ASTAR maksimum 10% su ilə həll edilib 1 və ya 2 qat halında DEKOR EKSPORT RULO, firça və ya püskürtmə vasitəsilə səthə tətbiq olunur. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır. Üzərinə MEGA SƏDƏF boyanın rənginə görə və ya istənilən effekti əldə etmək üçün, Ağ və ya Qara rəngli MEGA SƏDƏF ASTAR maksimum 10% su ilə həll edilib 1 və ya 2 qat tətbiq edilməlidir

QURUMA VAXTI:

(25°C): Toxunma quruma 1 saat, 5-6 saat sonra üzərinə boya tətbiq etmək olar. Tam quruma 24 saatdır

SƏRFİYYAT:

Səthin düzgünlüyünə və əmiciliyinə görə tək qatda 1 kq. MEGASƏDƏF ASTAR (449) ilə 9-12 m² (100-110µ yaş film qalınlığında, 10% incəldilmiş boya ilə) sahə astarlanır

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5C ilə+30°C arası olmalıdır

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +30°C arasıdır (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə)

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma olması həddindən artıq soyuq və ya çox isti şəraitdə saxlanıldığını göstərir. Səthə həddindən artıq qalın astar çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq kirli olarsa astarın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Astar çəkilərkən səth çox isti olduqda, səthdə incə çatlar əmələ gəlir. Günəş işıqlarının birbaşa düşdüyü səthlərə astar çəkilərsə, astar tez quruduğundan yapışması zəif olur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz

Facebook Twitter