az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Suya, rütubətə və nəmə qarşı davamlı, rahat tətbiq edilə bilən, sement əsaslı, xüsusi dolğulu səth düzəltmə və təmir suvağıdır. 0-20mm. arasında səth qüsurlarının və qalın çatlaqların, dərin oyuqların, səviyyə fərqliliklərinin düzəldilməsində və suvaq təmirlərində istifadə edilir. Yüksək yapışma gücünə malikdir. Çöl cəbhə şərtlərinə davamlıdır.

XÜSUSİYYƏTLƏRİ:

Tərkibində sement, xüsusi qatqı və dolğular olan toz maddədir. Kərpic kimi bloklu səthlərin düzəldilməsi üçün idealdır. 20mm-ə qədər çatlarda mükəmməl təsir göstərir. Büzülmür və çatlamır.

TƏTBİQ SAHƏSİ:

İç və çöl məkanların divarlarında istifadə edilir. Sement əsaslı suvaqlar, beton səthlər, kərpic və briket üzərinə tətbiq edilə bilər.Üzərinə sementə uyğun gələn hər cür dekorativ suvaq və boya tətbiq edilə bilər. Metal, taxta və alçı əsaslı, lifli sementli və məsaməli beton, eləcə də donmuş və donma təhlükəsi olan və həddindən artıq isinmiş səthlərə tətbiq edilməməlidir.

TƏTBİQİ:

Xüsusilə beton səthlərə mükəmməl yapışma təmin edir. Tətbiq ediləcək səthlər toz, kir, yağ və b. maddələrdən təmizlənməli, düzgün və möhkəm olmalıdır, çox quru və ya tərləyəcək vəziyyətdə olmamalıdır. Sonradan parıldadılmış və ya sərtləşdirilmiş səthlərdə tətbiq etmədən öncə səthin sərtliyi və ya parlaqlığı qazıma və b. metodlarla yox edilməlidir. Yüksək əmiciliyə malik olan səthlər istifadədən öncə mütləq FABKİM FİLM ilə astarlanmalıdır. Çox quru və birbaşa günəş şüalarına məruz qalan və çox isti səthlərdə tətbiq etmədən öncə su səpmə metodu ilə nəmləndirilərək səthin temperaturu aşağı salınmalıdır. İstifadə üçün 25kq. toz 5,5-6,25lt. (22-25%) su ilə homogen hal alanadək aşağı dövrəli mikser vasitəsilə qarışdırılır, qarışım 5 dəqiqə dinləndirilir və təkrar qarışdırılaraq səthə 1-20mm qalınlığında tətbiq edilir. Hazır qarışımı 2 saat ərzində istifadə etmək mümkündür. Tətbiq edərkən məkan temperaturu +5C ilə +30C arası olmalıdır. Tətbiq edildikdən 30 dəqiqə sonra səth qurumağa başlayır və bu zaman səthi mala və ya nəmli süngər ilə düzəldərək işi tamamlamaq olar. Bundan başqa plastik malanın köməyi ilə naxışlı bir səth əldə etmək mümkündür. Düzləşdirmə zamanı qurumağa başlayarsa, işi rahatlatmaq üçün səth nəmləndirilə bilər. Küləkli, günəşli və quru havada tətbiq etdikdən sonra, tətbiq edilmiş suvağın 2-3 saatdan bir nəmləndirilməsi, ani quruma nəticəsində su itgisinə görə əmələ gələ biləcək xırda çatlaqları önləyəcəkdir. Üzərinə boya tətbiq etmədən öncə 3-5 gün gözlənilməlidir. Tam sərtləşmə müddəti 28 gündür (23C, 50% nisbi rütübətdə).

SƏRFİYYAT:

Təxmini sərfiyyat miqdarı (kq./m2) tətbiq ediləcək səthin qüsurluluğundan asılı olaraq dəyişə bilər. 1mm. qalınlıq üçün sərfiyyat 1,5kq/m2-dır.

QEYD:

Torba açıldıqdan sonra məhsulda sərtləşmə və ya daşlaşma olarsa məhsul istifadə edilməməlidir. Qarışıma torba üzərində qeyd ediləndən artıq və ya əskik su əlavə edilməməlidir. Qarışım hazırlandıqdan sonra tərkibinə artıq su və ya hər hansı başqa bir qatqı əlavə edilməməlidir. FABKİM TS 20-nin quruma vaxtı aşağı temperatur və yüksək rütubətli şəraitdə uzana bilər. Quru, günəşli və küləkli hava şəraitində isə bu müddət qısala bilər. Səth düzəltmə işləri zamanı suvağın üzərinə barmaqla toxunaraq islaqlıq kontrol edilməli və səth islaqlığını itirməyə başladığı zaman səthi düzəltməyə başlanılmalıdır. Yeni tökülmüş beton pərdə və səthlərə tətbiq etmədən öncə ən az 4 həftə gözlənilməlidir. Quruluşdakı genişləmə dərzlərinin üzəri qəti şəkildə suvaqlanmamalı və ya doldurulmamalıdır, dərz araları üçün uyğun profillər və ya mastikalar istifadə edilməlidir.

SAXLANMA MÜDDƏTİ:

Saxlama zamanı bir-birinin üstünə maksimum 10 ədəd kağız torbanın qoyulmasına diqqət edilməlidir. Məhsul saxlama şərtlərinə əməl etməli, rütubətli və su almış depolarda saxlanılmamalıdır. Bağlamaların qapalı və rütubətsiz şəraitdə qorunması şərti ilə saxlama müddəti 1 ildir. İstehsal tarixi bağlamanın üzərində verilmişdir. İstifadə edilmədiyi halda bağlamasının ağzı möhkəm bağlanılmalıdır.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

Sement əsaslı olduğu üçün göz və dəri ilə təmasından qaçınılmalıdır. Gözlə təmas etdikdə bol su ilə yuyulmalı və həkimə müraciət edilməlidir. Dəri ilə təmas etdikdə dərhal sabunlu su ilə yuyulmalıdır. Tətbiq edərkən rezin əlcək, xüsusi geyim və eynək taxılaması məsləhətdir. Məhsul birbaşa nəfəsə alınmamalıdır. Gərəkli hallarda toz maskası taxılmalıdır. Məhsulu uşaqların əli çatmayacağı yerlərdə saxlayın.

Texniki dəyərlər və tətbiq etmə təlimatı, 23C və 50% nisbi rütubətdə keçərli olmaqla beynəlxalq standartlara uyğun olaraq keçirilmiş testlərin və təcrübələrin nəticəsidir.

Facebook Twitter