az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Tərkibində hidroxlor və fosfor turşusu vardır. Çox qısa müddətdə sement qalığlarını çıxarır.

TƏTBİQ SAHƏSİ:

Keramik plitə (yer, divar, farfor plitələr) və bu kimi örtmə materiallarının üzərində qalan dərz qalığları və inşaat sonrası ləkələrə uyğundur. Turşulara həssas olan təbii daşlar (travertin, mərmər, təbii qranit) ilə çini və əl işi olan keramikaların üzərində istifadə edilmir. Tərəddüd etdiyiniz halda kiçik bir hissəsində yoxlanılması məsləhət görülür.

TƏTBİQİ:

Kirlilik dərəcəsindən asılı olaraq məhsulu təmiz və ya 1-5 həcmə qədər su əlavə edərək istifadə edin. Istifadədən öncə səthi isladın. Bez, süngər və ya fırça ilə səthi ovuşdurun. Təsirini göstərməsi üçün 5-10 dəqiqə gözləyin, dərhal sonra səthi bol bol su ilə yuyun. Istifadə öncəsi və sonrası səthi tərkibində turşu-qələvi olan kimyəvi maddələrlə təmizləməyin. Mexaniki bir emal ilə məhsulun təsiri tezləşdirilə bilər. Ehtiyac olarsa proseduru təkrarlayın. Aşındırıcı məhsuldur. Bidonu ağzı möhkəm bağlı şəkildə uşaqlardan uzaq tutun, havalı yerdə saxlayın. Istifadə zamanı gözlərinizi və əllərinizi qoruyun, dəri və göz ilə təmas etdikdə dərhal bol su ilə yuyub həkimə müraciət edin. Ciddi yanmalara nədən ola bilər. Məhsulu və ya buxarını udmayın, nəfəsə getdiyi zaman tənəffüs yollarını qıcıqlandırır. Uyğun qoruyucu geyim geyinin, əlcək, gözlük və maska istifadə edin. Turşuya həssas olan materialların üzərinə çəkməyin. Metal səthlərdə (alüminium, dəmir, xrom, mis, polad və s.) birbaşa təmas qaralma (oxidləşmə) əmələ gətirə bilər. Aşındırıcı təsirinə görə məhsulun buxarının metal səthlər ilə təmasının qarşısını alın. Işlərin görüldüyü məkanı yaxşıca havalandırın.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S1/2 : KİLİDLİ YERDƏ VƏ UŞAQLARDAN UZAQ TUTUN. R20/21 : tənəffüs edilməsi və dəri ilə təması sağlamlığa zərərlidir. R36/37/38 : gözü və tənəffüs sistemini qıcıqlandırır. R42/43 : gözlə təmas və tənəffüsdə həssaslıq tələb edir. S26 : göz və dəri ilə təmas etdirməyin. S28 : gözlə təmas etdiyi halda bol su ilə yuyun və həkimə müraciət edin. S38/39 : havalandırma olmayan məkanlarda maska və ya respirator istifadə edin. S45 : qəza olarsa, özünüzü pis hiss etdiyiniz halda həkimə meraciət edin (ehtiyac olarsa etiketdəki məlumatı göstərin). S46 : udulduqda dərhal həkimə müraciət edin və bu etiketdəki məlumatı göstərin.  

Facebook Twitter