az ru en

Məhsullar







2 mm qalınlığında dənli - "çınqıllı" (quzu yunu) strukturlu dekorativ suvaqdır. RƏNGİ: təbii ağ rəng.

MƏHSUL HAQQINDA:

FABKİM MOZAİKA-082 tərkibində mineral bağlayıcılar, mineral dolğular və xüsusi polimer qatqılar olan ağ rəngdə 2 mm "çınqıllı" (quzu yunu) strukturlu quru mineral suvaq qarışımıdır.

XÜSUSİYYƏTLƏRİ:

Aşağı həcm qalınlığı olduğu üçün ekonomikdir, ekoloji təmizdir, istifadəsi rahatdır, yüksək yapışma və buxar keçirmə xüsusiyyətinə malikdir, yanmazdır. Yağışa, nəmə, günəş şüalarına və kəskin hava şəraitinə dözümlüdür.

TƏTBİQ SAHƏSİ:

Daxili və xarici səthlər üçün mineral strukturlu suvaqdır.

TƏTBİQİ:

FABKİM istilik izolyasıyası sistemində, xam beton üzərində, daşıyıcı özəlliyi olan köhnədən qalma mineral suvaqlar üzərində və bu kimi səthlərdə son qat suvaq kimi tətbiq edilə bilər. Duzlaşmış səthlərdə, eləcə də plastik və taxta səthlərdə istifadə edilə bilməz. FABKİM MOZAİKA-082 metal mala ilə adi qalınlıqda səthə çəkilir, sonra plastik mala ilə şəkil verilir. Üzərini istənilən rəngdə emulsiya ilə boyamaq olar.

SƏRFİYYAT:

≈ 2.8 kq/m2.

SAXLANMA MÜDDƏTİ:

Quru yerdə palet üzərində, nəmdən və birbaşa günəş şüalarından qorumaq şərti ilə 12 ay saxlanıla bilər.

Facebook Twitter