az ru en

Xəbərlər


27/11/2019

193№-li məktəbin şagirdləri "FAB Boya"da

27.11.2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar  adına 193№-li tam orta məktəbin 5-ci sinif şagirdləri müəllim Sevda Həsənovanın rəhbərliyi altında  "FAB Boya və Kimya Sənayesi” MMC-də ekskursiyada oldular. Gəzinti zamanı məktəblilər şirkətimizin nəzdindəki fabriklərlə tanış edildilər. Ekskursiya iştirakçılarına məhsul çeşidləri, istehsal prosesində tətbiq edilən müasir texnologiya və avadanlıqlar, keyfiyyətə nəzarət laboratoriyalarında görülən işlərlə bağlı ətraflı məlumatlar  verildi. Suallar cavablandırıldı. Daha sonra şagirdlər FAB Akademiyasının boya məhsullarının keyfiyyətə nəzarət laboratoriyasında rəng çeşidlərinin hazırlanması üzrə sınaq təcrübəsi apardılar. Ekskursiya iştirakçıları göstərilən diqqətə görə şirkətimizə təşəkkürlərini bildirdilər. Sonda "FAB Boya” adından məktəblilərə hədiyyələr təqdim edildi, xatirə şəkli çəkdirildi.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet