az ru en

Xəbərlər


11/12/2019

211№-li məktəbin şagirdləri "FAB Boya"da

23.11.2019-cu il tarixində Bakı şəhəri, Akif Abdullayev adına 211№-li tam orta məktəbin 5-ci sinif şagirdləri və bir qrup valideyn  müəllim Gülnar Cəfərzadənin rəhbərliyi altında "FAB Boya və Kimya Sənayesi” MMC-də ekskursiyada oldular. Gəzinti zamanı məktəblilər istehsalat prosesi ilə tanış edildilər.Onlara məhsul çeşidləri,tətbiq edilən müasir texnologiya və avadanlıqlar, keyfiyyətə nəzarət laboratoriyalarında görülən işlərlə bağlı ətraflı məlumatlar  verildi. Daha sonra FAB Akademiyasının konfrans zalında "FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi. Şagirdlərin sualları cavablandırıldı. Ekskursiya iştirakçıları göstərilən diqqətə görə şirkətimizə təşəkkürlərini bildirdilər. Sonda "FAB Boya” adından şagirdlərə  hədiyyələr təqdim edildi,xatirə şəkli çəkdirildi.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet