az ru en

Xəbərlər


25/10/2019

314№-li məktəbin şagirdləri "FAB Boya"da

    25.10.2019-cu il tarixində Bakı şəhəri,Binəqədi rayonu, Biləcəri qəsəbəsi 314 №-li tam orta məktəbin 4-cü sinif şagirdləri müəllim  Adilə Mustafalının rəhbərliyi altında  "FAB Boya və Kimya Sənayesi”MMC-də ekskursiyada oldular. Gəzinti zamanı şirkətimizin PR və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Məmmədov məktəblilərə istehsalat prosesi, tətbiq edilən müasir texnologiya və avadanlıqlar, məhsul çeşidləri haqqında ətraflı məlumat verdi, sualları cavablandırdı. Daha sonra FAB Akademiyasının konfrans zalında "FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi. Ekskursiya iştirakçıları göstərilən diqqət və qayğıya görə şirkətimizə təşəkkürlərini bildirdilər. Sonda "FAB Boya” adından şagirdlərə  hədiyyələr təqdim edildi,xatirə şəkli çəkdirildi.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet