az ru en

Xəbərlər


16/10/2019

179 və 205 №-li məktəblərin şagirdləri "FAB Boya"da

    08.10.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi Qəsəbə Bələdiyyəsinin İctimai-Humanitar Sektorunun təşəbbüsü ilə 179 və 205 №-li tam orta məktəblərin 5-ci və 7-ci sinif şagirdləri üçün "FAB Boya və Kimya Sənayesi”MMC-də ekskursiya təşkil edildi. Şirkətimizin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri Rüstəm Məmmədov məktəblilərə "FAB Boya və Kimya Sənayesi”MMC-nin istehsal sahələri və istehsalatda tətbiq edilən texnoloji yeniliklər haqqında məlumatlar verdi. Şagirdlər məhsulların hazırlanma prosesini, sınaq təcrübələrini izlədilər. Daha sonra FAB Akademiyasının konfrans zalında "FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş olundu. Məktəblilər ekskursiya ilə bağlı təəssüratlarını bölüşdülər.Suallar cavablandırıldı. Sonda şirkətimiz adından şagirdlərə hədiyyələr təqdim olundu, xatirə şəkli çəkdirildi.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet