az ru en

Xəbərlər


16/10/2019

182 №-li məktəbin şagirdləri "FAB Boya"da

     05.10.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu 182 №-li tam orta məktəbin 8-ci sinif şagirdləri "FAB Boya və Kimya Sənayesi”MMC-də ekskursiyada oldular. Gəzinti zamanı şirkətimizin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri Rüstəm Məmmədov məktəbliləri şirkətimizin nəzdindəki fabrik və laboratoriyalarla tanış etdi. Şirkətimizin keyfiyyətə nəzarət sistemi və "FAB Akademiyası” laboratoriyalarında görülən işlərlə bağlı məlumatlar verdi. Şagirdlər məhsulların hazırlanma prosesini, sınaq təcrübələrini izlədilər. Daha sonra FAB Akademiyasının konfrans zalında "FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş olundu. Məktəblilər ekskursiya ilə bağlı təəssüratlarını bölüşdülər. Sonda şirkətimiz adından məktəblilərə hədiyyələr təqdim olundu, xatirə şəkli çəkdirildi.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet