az ru en

Xəbərlər


26/07/2019

"FAB Boya" f/k "GİLAN KUBOKU 2019"un ən yaxşılarından oldu

28 May – Respublika Gününə həsr olunan şirkətlərarası "Gilan Kuboku 2019” yekunlaşıb. 26.07.2019- cu il tarixində Su İdmanı Sarayında həlledici görüşlər keçirilib. Öncə 3-cü yer uğrunda yaşıl meydanda "FAB Boya” və "Kapital Bank” f/k qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyunda "FAB Boya” f/k 3:0 hesablı qələbə ilə  3-cü yerin qalibi olub.  Daha sonra çempionluq uğrunda "Gilan Holdinq” və "Azərsun Holdinq” komandaları üz-üzə gəliblər.Matçın nəticələrinə əsasən "Azərsun Holdinq” "Gilan Kuboku 2019”un çempionu, "Gilan Holdinq” isə ikinci yerin sahibi seçilib.

Oyunlardan sonra mükafatlandırılma mərasimi keçirilib. Qalib komandalar və oyunlarda fəallığı ilə fərqlənən oyunçular medal və sertifikatlarla təltifləndirilib. "FAB Boya”f/k-nın qapıçısı Tərlan Vəlizadə turnirin "Ən yaxşı futbolçusu” nominasiyasında mükafatlandırılıb.

Qeyd edək ki, Gilan Kuboku 2019 futbol turnirinin qalibi adı uğrunda də 16 komanda mübarizə aparıb.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet