az ru en

Xəbərlər


26/08/2019

"PDP" və "FAMİLY TRAM" üzvləri "FAB BOYA"DA

04.07.2019- cu il tarixində "Parents Development Platform”  (Valideyn İnkişaf Platforması) və Azərbaycanda uşaqların asudə vaxtlarının səmərəli təşkili ilə məşğul olan "Family Tram” təşkilatının üzvləri,  təsisçilər  Nərgiz Seyidzadə ilə Leyla Seyidzadənin rəhbərliyi altında "FAB Boya və Kimya Sənayesi” MMC-də oldular. Ekskursiya "Parents Development Platform”un  Uşaq İnkişaf Proqramları çərçivəsində (Kids Development Program) "Yaradıcı düşüncənin vacibliyi, kreativ yanaşmanın bütün sahələrə, eləcə də istehsala tətbiqi” mövzusunda keçirildi. Gəzinti zamanı yay məktəbinin şagirdlərinə şirkətimizin istehsal sahələri, istehsal prosesində tətbiq edilən yeniliklər, ekoloji təmizliyin qorunması,  insan sağlamlığına zərərsiz məhsul hazırlama texnologiyaları haqqında ətraflı məlumatlar verildi. Məktəblilər FAB Akademiyasının laboratoriyasında boya rəngləndirmə təcrübəsi apardılar. Daha sonra konfrans zalında şirkətimizin fəaliyyətindən bəhs edən videomaterialı izlədilər. Qısa tanıtım filminin ardından şirkətimizin Araşdırma və İnkişaf Laboratoriyasının müdiri Murat Eker FAB boyaları, məhsul çeşidləri haqqında danışdı, şagirdləri maraqlandıran sualları cavablandırdı. Ekskursiya iştirakçılarına  "FAB Boya və Kimya Sənayesi” MMC adından hədiyyələr təqdim olundu. Gəzinti nahar süfrəsi arxasında, xoş əhval-ruhiyyədə başa çatdı.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet