az ru en

Xəbərlər


25/06/2019

FAB III Daxili Futbol Çempionatı başa çatdı

25.06.2019-cu il tarixində "FAB Boya və Kimya Sənayesi MMC”nin təsisçisi SƏFƏR ƏLİYEVİN xatirəsinə həsr olunmuş üçüncü daxili futbol çempionatının son oyunu və bağlanış mərasimi keçirilib.

Final matçı "HİLL FAN” və "BƏYAZ ALÇI” komandaları arasında baş tutdu. Komandalar meydançaya dəvət olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və sülhün,əmin-amanlığın rəmzi sayılan göyərçinlər səmaya buraxıldıqdan sonra oyuna start verildi. Çempionatın qalibi adı uğrunda gedən gərgin mübarizədə 3-2 hesabı ilə "HİLL FAN” komandası qələbə qazandı. Final matçının ardınca mükafatlandırma mərasiminə başlanıldı. I,II və III yerə çıxmış komandalar meydançaya dəvət olundular. Qalib komandalara medallar təqdim edildi. Oyunları yüksək dərəcədə idarə etdiklərinə görə beynəlxalq dərəcəli hakim Anar Salmanov təşəkkürnamə, Fərid Hacıyev, Tural Kurbanov, Rəhman İmami isə diplomlarla təltifləndirildilər. Oyunçulardan Oruc Quliyev "Ən yaxşı hücumçu”, Tərlan Vəlizadə isə "Ən yaxşı qapıçı” nominasiyasında mükafatlandırıldılar. Daha sonra meydançaya gətirilən kubok "FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Müşfiq Əliyev tərəfindən qalib komandaya təqdim edildi. Tədbir konsert proqramı ilə başa çatdı.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet