az ru en

Xəbərlər


25/05/2019

FAB FUTBOL ÇEMPİONATI 2019-un açılış mərasimi keçirilib

    25.05.2019-cu ildə "FAB Boya və Kimya Sənayesi MMC”nin təsisçisi SƏFƏR ƏLİYEVİN xatirəsinə həsr olunmuş üçüncü daxili FUTBOL ÇEMPİONATI-nın açılış mərasimi keçirilib. Çempionat Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlayıb. Daha sonra "FAB Boya və Kimya Sənayesi MMC”nin rəhbəri Anar Əliyev və baş direktor Kənan Məhərrəmov tədbir iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. Çıxışlardan sonra futbol oyununa start verilib. Yaşıl meydanda "Zavod anbarlar” və "Satış bölgə” komandaları qarşı-qarşıya gəlib. Görüş 3:1 hesabı ilə "Zavod anbarlar” komandasının xeyrinə başa çatıb. Oyunu beynəlxalq dərəcəli hakim Anar Salmanov, milli hakimlər Fərid Hacıyev  və İmami Rəhman idarə ediblər. Futbol çempionatı 1 ay davam edəcək.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet