az ru en

Xəbərlər


16/10/2019

Faşizm üzərində qələbədən 74 il ötür

     İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərib. 1941-1945-ci illərdə 600 mindən çox həmyerlimiz cəbhəyə yollanıb. 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər Şərəf ordeni ilə mükafatlandırılıb.  170 min əsgər və zabitimiz SSRİ-nin müxtəlif orden, medalları ilə təltifləndirilib. 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. SSRİ-nin süqutundan sonra "Faşizm üzərində qələbə günü” ölkəmizdə qeyd olunmayıb. 1994 –cü ilin 9 mayında ulu öndər Heydər Əliyevin göstərişi ilə bu tarixi gün bir neçə illik fasilədən sonra Azərbaycanda rəsmi şəkildə qeyd edilib. Qələbə günü Böyük Vətən Müharibəsində həyatını itirən 300 mindən çox azərbaycanlının xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilir.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet