az ru en

Xəbərlər


23/08/2019

Ə.Veysəlov adına tam orta məktəbin şagirdləri "FAB Boya"da

04.05.2019-cu il tarixində Bakı şəhəri,Binəqədi rayonunda yerləşən Ə.Veysəlov adına tam orta məktəbin 8-ci sinif şagirdləri məktəbin kimya müəllimi Sevinc Əliyevanın  rəhbərliyi altında "FAB Boya və Kimya Sənayesi”MMC-də ekskursiyada oldular. Gəzinti zamanı şagirdlər istehsal sahələri ilə yaxından tanış oldular. Məktəblilərə Məhsulların hazırlanma texnologiyası, tətbiq sahələri, sınaq prosesləri haqqında ətraflı məlumatlar verildi. Daha sonra FAB Akademiyasının konfrans zalında "FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı. Sonda "FAB Boya” adından ekskursiya iştirakçılarına hədiyyələr təqdim olundu,xatirə şəkli çəkdirildi.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet