az ru en

Xəbərlər


25/06/2019

Xırdalan şəhər 1№-li tam orta məktəbin şagirdləri "FAB Boya"da

     03.04.2019- cu il tarixində Abşeron rayonu Xırdalan şəhər 1 №-li tam orta məktəbin 7-ci sinif şagirdləri "FAB Boya və Kimya Sənayesi” MMC-də oldular. Gəzinti zamanı məhsulların hazırlanma texnologiyası, tətbiq sahələri, qablaşdırma və sınaq prosesləri haqqında ətraflı məlumatlar verildi. İstehsalatla əyani tanışlıqdan sonra məktəblilər FAB Akademiyasının konfrans zalında təəssüratlarını bölüşdülər. Şagirdlərə hədiyyələr təqdim olundu. Kimya müəllimi Tünzalə Ağasıyeva  göstərilən diqqət və qayğıya görə çalışdığı təhsil müəssisəsi adından "FAB Boya” rəhbərliyinə təşəkkürünü bildirdi. Sonda xatirə şəkli çəkdirildi.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet