Satış təmsilçiləri üçün adaptasiya proqramı üzrə təlimə başlanılıb

03.12.2018- ci il tarixində "FAB Boya və Kimya Sənayesi”
MMC-də Lənkəran rayonu üzrə satış təmsilçiləri üçün nəzərdə tutulan adaptasiya
proqramı təliminə başlanılıb. Təlimi
şirkətin baş icraçı direktoru İlhan Göknel, direktor Kənan Məhərrəmov, Kommersiya
şöbəsinin rəhbəri Tural Əlizadə və İnsan resursları şöbəsinin müdiri Fuad
Novruzov keçiblər. İştirakçılar şirkətin
fəaliyyət istiqamətləri, istehsalat prosesi ilə yaxından tanış edilib.
Təlimin təşkilatçısı Fuad Novruzov bildirib ki,
proqram çərçivəsində satış təmsilçilərinə biznesdə korporativ üslub, əsas vəzifə
və öhdəliklərlə bağlı ətraflı məlumatlar veriləcək. Dərslər 10 gün davam edəcək.