az ru en

Xəbərlər


12/12/2018

İ.Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdləri növbəti dəfə FAB Boyada

"Faydasını alanlar bilər” şüarı altında istehsal etdiyi məhsulların keyfiyyəti ilə istehlakçıların rəğbətini qazanan "FAB Boya və Kimya Sənayesi” MMC gənc nəslin maarifləndirilməsi, onların düzgün karyera seçiminə istiqamətləndirilməsi və cəmiyyətin aparıcı qüvvəsinə çevrilmələri yönündə dəstəyini əsirgəmir. Bu məqsədlə müntəzəm şəkildə ali və ümumtəhsil müəssələrinin şagird, tələbə heyəti üçün ekskursiyalar təşkil edir.

Belə tədbirlərin davamı kimi 16.11.2018- ci il tarixində İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 5,6,7-ci sinif şagirdləri və təlim-tərbiyə işləri üzrə direktor müavini, əməkdar müəllim, "Ümumtəhsil məktəblərində tərbiyə işlərinin planlanması” kitabının müəllifi, "Abdulla Şaiq” fəxri mükafatına layiq görülən Nəsib Musayev "FAB Boya”da oldular. Gəzinti zamanı məhsulların hazırlanma texnologiyası, tətbiq sahələri, qablaşdırma və sınaq prosesləri haqqında ətraflı məlumatlar verildi. İstehsalatla əyani tanışlıqdan sonra məktəblilər FAB Akademiyasının konfrans zalında şirkətimizin fəaliyyəti haqqında hazırlanan videomaterialı izlədilər. Gimnaziyanın beşinci sinif şagirdi Fidan Bağırovanın vətənpərvərlik mövzusunda oxuduğu mahnı alqışlarla qarşılandı. Şagirdlərə hədiyyələr təqdim olundu. Nəsib Musayev göstərilən diqqət və qayğıya görə çalışdığı təhsil müəssəsi adından "FAB Boya” rəhbərliyinə təşəkkürünü bildirdi. Ekskursiya nahar süfrəsi arxasında xoş təəssüratlarla başa çatdı.

 



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet