az ru en

Xəbərlər


12/12/2018

"SEELA" brendinin təmsilçisi və "POLAT" divar kağızları firmasının rəhbəri FAB Boyada

"YASHAM” divar kağızları firmasının "SEELA” brendi üzrə Türkiyənin şərq və cənub-şərq bölgə təmsilçisi, eyni zamanda "POLAT” divar kağızları firmasının rəhbəri Mehmet Polat 10.11.2018- ci il tarixində "FAB Boya və Kimya Sənayesi” MMC-də oldu. Qonağı şirkətimizin təsisçisi Anar Əliyev qarşıladı. Görüş zamanı şirkətlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi və bu sahədə mövcud imkanlarla bağlı müzakirələr aparıldı.

"FAB Boya və Kimya Sənayesi” MMC "SEELA” divar kağızlarının Azərbaycandakı distribüteridir. Artıq ölkəmizin vətəndaşları ekoloji cəhətdən təmiz, keyfiyyətliliyi və uzunömürlülüyü ilə seçilən, hər zövqü oxşayacaq "SEELA” divar kağızlarını Bakı şəhərinin müxtəlif istiqamətlərində yerləşən "OMİD” topdan və pərakəndə satış mərkəzlərindən və bölgələrimizdə açılan "SEELA” mağazalarından əldə edə bilərlər.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet