az ru en

Xəbərlər


20/11/2018

Akkim Yapı Kimyasalları San. və Tic. A.Ş-nin nümayəndəsi FAB Boyada

Türkiyənin Akkim Yapı Kimyasalları San. və Tic. A.Ş-nın ixracat üzrə meneceri Sebahattin Yıldız 08.11.2018-ci il tarixində FAB Boya və Kimya Sənayesi MMC-də olub. Şirkətimizin satınalma müdiri Rəvan Məmmədovla görüşüb.  Qonağa "FAB Boya”nın fəaliyyəti, innovativ istehsal sahələri və yeniliklər haqqında ətraflı məlumat verilib, tərəfdaşlıq məsələləri müzakirə edilib.

Akkim Yapı Kimyasalları San. və Tic. A.Ş müxtəlif təyinatlı yapışdırıcılar, poliuretan dolğu, montaj köpükləri, silikon dərz dolğu, texniki aerozol, sprey boya olmaqla, ümumilikdə  450 çeşiddə məhsul istehsal edir. Şirkətin 30 ölkədə nümayəndəliyi var. Akkim Yapı Kimyasalları San. və Tic. A.Ş-ın məhsulları dünyanın 100-dən çox ölkəsinə ixrac olunur.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet