az ru en

Xəbərlər


20/11/2018

Məşhur azərbaycanlı aparıcı və xeyriyyəçi "FAB Boya"nın qonağı oldu

08.11.2018- ci il tarixində məşhur azərbaycanlı aparıcı, xeyriyyəçi, "Həyat Fondu”nun rəhbəri Hacı Nuran Hüseynov növbəti dəfə "FAB Boya və Kimya Sənayesi” MMC-də oldu. Qonağı şirkətimizin təsisçisi Anar Əliyev və baş direktor Kənan Məhərrəmov qarşıladılar.  Görüş zamanı dostluq əlaqələrindən və xeyriyyəçilik missiyalarından söhbət açıldı. Daha sonra şirkətimizin tabeliyindəki fabrik və zavodlardakı istehsalat prosesi, istehsal sahələri ilə yaxından tanışlıq üçün  gəzinti təşkil edildi. Qonağı maraqlandıran suallar cavablandırıldı. Sonda əməkdaşlarla xatirə şəkilləri çəkdirildi.

Hacı Nuran Hüseynov "Xeyir Körpüsü”, "Vətənimdir Azərbaycan” və "Həyat” verilişlərinin müəllifi, aparıcısı kimi tanınıb. Xeyriyyə işlərində aktiv fəaliyyətinə görə o, 2012-ci ildə  "İlin Xeyriyyəçisi” seçilib. Hacı Nuran Hüseynov müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım məqsədilə 2017-ci ildə yaradılan"Həyat Fondu”nun rəhbəridir.   

 



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet