az ru en

Xəbərlər


30/10/2018

Xətai rayonu 17 nömrəli tam orta məktəbin şagirdləri "FAB Boya"da

      30.10.2018- ci il tarixində Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəbin valideyn komitəsinin sədri Dürdanə İsmayılova, ümumtəhsil müəssəsinin "Eko-təqdimatlar” layihəsinin rəhbəri, biologiya müəllimi Südabə Əfəndiyeva və bir qrup şagird "FAB Boya və Kimya Sənayesi” MMC-də oldular. Gəzinti zamanı qonaqlara şirkətimizin tabeliyindəki fabrik və zavodlar, istehsalat prosesi, keyfiyyətə nəzarət laboratoriyaları haqqında məlumatlar verildi. Suallar cavablandırıldı. Məktəblilər FAB Akademiyasının konfrans zalında sərgilənən rəsm əsərləri, həmçinin şirkətimizin maketi ilə tanış oldular. "FAB Boya” adından şagirdlərə simvolik hədiyyələr verildi. Qonaqlar da öz növbəsində 8-ci sinif şagirdi Nərmin İsmayılovanın taxtadan hazırladığı əl işini şirkətimizə bağışladılar. Görüş nahar süfrəsi arxasında,xoş əhval-ruhiyyədə başa çatdı.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet