az ru en

Xəbərlər


20/11/2018

ADİU tələbələri "FAB Boya"da

17.10.2018-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan bir qrup tələbə "FAB Boya və Kimya Sənayesi” MMC-də oldular. Şirkətimizlə tanışlıq zamanı qonaqlara istehsal sahələri, tətbiq edilən müasir texnologiya və avadanlıqlar, məhsul çeşidləri haqqında ətraflı məlumat verildi. Onları maraqlandıran suallar cavablandırıldı.Tələbələr "FAB Boya”nın tabeliyindəki fabrik və zavodlarda məhsulların hazırlanma prosesini, keyfiyyətə nəzarət laboratoriyalarında həyata keçirilən sınaq və təcrübləri yaxından izlədilər.

İstehsalatla tanışlıqdan sonra FAB Akademiyasının konfrans zalında şirkətimizin fəaliyyətindən danışan videomaterial nümayiş olundu. Tələbələrə simvolik hədiyyələr təqdim edildi, xatirə şəkli çəkdirildi. Görüş nahar süfrəsi ətrafında xoş əhval-ruhiyyədə başa çatdı.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet